Milli Məslis üçün ayrılan pullar artırılır
2017-ci il üçün Milli Məclisin saxlanma xərcləri 13% artırılır. "APA-Economics" xəbər verir ki, bunu parlamentin plenar iclasında 2017-ci ilin dövlət büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı qanunverici orqanın gələn ilin xərclər smetası layihəsi barədə Milli Məclisin İşlər idarəsinin müdiri Firuddin Hacıyev bildirib.
F. Hacıyev bildirib ki, Milli Məclis və onun aparatının saxlanması ilə bağlı 2017-ci ilin xərclər smetası layihəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun hazırlanıb və xərclər smetası, ştat cədvəlləri, inzibatı binaların, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanan müqavilələr və proqnozlar əsasında tərtib edilib.
Onun sözlərinə görə, 2017-ci il dövlət büdcəsində Milli Məclis və onun aparatının saxlanması üçün 23 mln. 89 min manat 714 manat vəsait nəzərdə tutulub ki, bu da 2016-cı il ilə müqayisədə 394 min 500 manat çoxdur. F. Hacıyev əlavə edib ki, xərclər smetasının ümumi dəyərinin 71,5%-ni əmək haqqı fondu və əmək haqqına olan əlavələr təşkil edir: "Bildiyiniz kimi, son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xaricə səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artıb. Bununla bağlı, 2017-ci ilin xərclər smetasında ezamiyyə xərcləri köməkçisi üzrə 1 milyon 110 min 900 manat məbləğində vəsait ayrılması nəzərdə tutulub. Bu da keçən illə müqayisədə eynidir".
817 dəfə oxundu