Dağlıq Qarabağ məsələsi Rusiyanın yeni xarici siyasət konsepsiyasında - XİN-in açıqlaması

Dağlıq Qarabağ məsələsi Rusiyanın yeni xarici siyasət konsepsiyasında -


"Yeni xarici siyasət konsepsiyasında Rusiya Federasiyasi tərəfindən digər həmsədr ölkələrlə qarşılıqlı fəaliyyət şəraitində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin priorit vəzifələr sırasında müəyyən olunmasını alqışlayır və təqdiredirik".

"Report"un məlumatına görə, bunu Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, konsepsiyada münaqişənin həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının 2009-2013-cü illərdə verdikləri bəyanatlarında ifadə olunan prinsiplərin əsas götürüldüyü qeyd olunub: "Qeyd etmək lazımdır ki, bu bəyanatlarda ATƏT-in Minsk qrupunun həmsədr ölkələri dövlət başçıları səviyyəsində xüsusilə mövcud status-kvonun qəbuledilməzliyi və qeyri-davamlı olduğunu vurğulayırlar".

H.Hacıyev deyib ki, Azərbaycan tərəfi prezidentlərin Sankt-Peterburq görüşündə aparılmış müzakirələrə uyğun olaraq, Rusiya və ATƏT Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli, qəbuledilməz və qeyri-davamlı olan mövcud status-kvonun tezliklə dəyişdirilməsi istiqamətində konstruktiv addımlarını davam etdirəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1227 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...