"Prezidentin xarici siyasəti XİN-ə nümunə olmalıdır"

"Prezidentin xarici siyasəti XİN-ə nümunə olmalıdır"


“Bu gün dünyada gedən proseslər Azərbaycana da öz təsirini göstərir. Prezident İlham Əliyev islahatların aparılması haqqında öz siyasi iradəsini ortaya qoyub və 2017-ci ilin büdcəsinə məhz həmin islahatlar konsepsiyası öz əksini tapıb”

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədrinin sözlərinə görə, bəzi istiqamətlər üzrə azalmalar var, amma bu azalmaların mahiyyətinə diqqətlə baxsaq görərik ki, bu, işin təşkil olunmasına müsbət təsir göstərəcək: “Sənəddə beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqında Azərbaycanın öhdəlikləri tam şəkildə yerinə yetirilməsi öz əksini tapıb. Bu sahəyə ayrılan vəsaitdə azalma yoxdur. Əksinə Azərbaycan Respublikasının xaricdəki səfirlikləri, konsulluqları, diplomatik nümayəndəliklərinin saxlanması ilə əlaqədar maliyyə ötən illə müqayisədə artırılıb və xaricdəki səfirliklərin, nümayəndəliklərin intensiv fəaliyyət dövrünə keçməyimiz üçün müxtəlif addımlar atılıb. Bu gün daha çox say yox, keyfiyyət, səmərəli iş, nəticə özünü göstərməlidir.

Xatırlatmaq istərdim ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Vilnüs Sammitində Şərq Tərəfdaşlığı ölkələri içərisində ilk dövlət başçısı olub ki, Assosiasiya sazişinin imzalanması ilə bağlı qəti iradəsini ortaya qoyub. Bu il məhz Avropa Birliyi ilk dəfə Azəraycanla münasibətləri tamamilə başqa tərzdə, ikitərəfli əlaqələrin formalaşması və yeni müqavilənin üzərində işə başlanması ilə bağlı bəyanat verdi. Cənab prezidentin xarici siyasəti bu tərzdə aparması həm Xarici İşlər Nazirliyi, həm də səfirliklər üçün konkret nümunə olmalıdır”.

S.Seyidov qeyd edib ki, Azərbaycanın xarici siaysəti ölkə başçısının tövsiyə etdiyi istiqamətlər üzrə islahatları özündə ehtiva edən və Azərbaycanı post-neft ölkəsi kimi təqdim edən bir siyasətə çevrilməlidir: “Büdcədə olan müddəalar və ayrılan pul hesab edirəm ki, işin yüksək səviyyədə təşkil edilməsinə əsas yaradacaq. Ola bilsin deyəcəksiz ki, büdcədə müəyyən azalmalar var. Düzdür, burada müəyyən azalmalar var, lakin bu gün biz işimizi necə səmərəli təşkil edəcəyimizi fikirləşməliyik. Nəyə görə biz səfilriklərin, konsulluqların, diplomatik nümayəndələrin, xaricdə keçirilən tədbirlərin Respublika səviyyəsində hanısa xarici qonaqların və digər işlərin təşkil olunmasında səmərəli iradəmizi ortaya qoymayaq? Ona görə düşünürəm ki, büdcədən ayrılan vəsaitlər üzrə işimizi səmərəli təşkil etməliyik. Əminəm ki, Azəraycanın beynəlxalq əlaqələri heç də hansısa problemli məsələlər qarşısında qalmayacaq və öz inkişafını davam etdirəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
965 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...