Milli Məclisdə büdcə müzakirələri başladı

Milli Məclisdə büdcə müzakirələri başladı


Ziyad Səmədzadə: “Obyektiv səbəblərdən dövlət büdcəsinin Milli Məclisə təqdim edilməsində gecikmə olub”

Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcə zərfi Milli Məclisdə komitələrin birgə müzakirəsinə çıxarılıb.

Musavat.com-un əməkdaşının məlumatına görə, müzakirələrdə İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət və İctimai birliklər və dini qurumlar komitələri iştirak edir. Dövlət büdcəsi zərfinin müzakirəsində Mərkəzi Bankın sədri Elman Rüstəmov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, maliyyə naziri Şahin Mustafayev və digər rəsmi şəxslər iştirak edir.

Qeyd edək ki, büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.
İlk olaraq çıxış edən müzakirələrdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxışında bildirdi ki, obyektiv səbəblərdən dövlət büdcəsinin Milli Məclisə təqdim edilməsində gecikmə olub: “Qlobal dünyada baş veerən sarsıntılar, xoşagəlməz proseslər hər bir ölkənin iqtisadiyyatına təsir edir. Son illərdə dünya bazarında neftin qiymətinin aşağı düşməsi büdcə gəlirlərinin artmasına ciddi təsir edib. Təbii ki, Azərbaycan da bu təsirlərdən kənarda qalmayıb”.

Komitə sədri dedi ki, dövlət büdcəsindən maliyyələşən təşkilatların rəhbərləri iştirak edir. Reqlamentin müəyyənləşdirilməsindən sonra çıxışlara keçildi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
818 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...