Jirinovskidən Türkiyə ilə bağlı inanılmaz açıqlama

Jirinovskidən Türkiyə ilə bağlı inanılmaz açıqlama


Türkiyə bizim ən böyük müttəfiqimiz ola bilər. Axar.az xəbər verir ki, bunu “Rossiya” telekanalına açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. Onun sözlərinə görə, Türkiyə Rusiyadan Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüklə bağlı dəstək istəyir:

“Bu gün tarixi an başlayır. Türkiyə şimala, biz isə güneyə yönələ bilərik. Rusiya 300 ildir Avropa ilə bərabər haqlar çərçivəsində əlaqələr qurmağa çalışıb, amma bunu heç cürə alındıra bilməyib. Bu gün Rusiyanın müstəqil siyasəti Qərbin xoşuna gəlmir. Türkiyənin də Qərblə eyni problemləri var. Ərdoğan Putindən Şanxay Əməkdaşlıq Təşkilatın üzv olmaq üçün dəstək gözləyir. Cənab Ərdoğan təkliflərimin heç birinə etiraz etmədi. Türkiyə ŞƏT-ə üzv olmaq istəyir. Rusiya rəhbərliyi qısa zaman içərisində Ankaraya kömək etməlidir. Türkiyə ilə möhtəşəm əlaqələrimiz olacaq. Mən inanıram ki, bir gün Türkiyə NATO-dan ayrılacaq və bizimlə hərbi müttəfiq olacaq. Hər kəs bilsin ki, qarşıdakı 10 ildə Türkiyə bizim əsas ortağımız və müttəfiqimizdir. Bunu türklər istəyir. 600 il davam edən rus-türk savaşlarını Qərb başladıb. Artıq o illər geridə qalmalıdır”.

O, Ərdoğanın dekabrda Rusiyaya səfər edə biləcəyini söyləyib:

“Ərdoğan mənə həmçinin yanvar ayında da böyük görüşlərin olacağını söylədi. Türkiyə səfəri mən və partiyamın özəl istəyi ilə reallaşdı. Bizə bu məsələdə Kremldən tapşırıq gəlməyib. Təbii ki, Ankaraya gəlməzdən öncə Kreml və Xarici İşlər naziri Sergey Lavrova xəbər verilmişdi. Ərdoğanla görüş üçün israr etdik. Görüşlərimiz yaxşı keçdi. Ərdoğan başda olmaqla bütün türk siyasətçiləri ilə türk dilində danışdım. Türklər bundan çox xoşbəxt oldular”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
821 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...