Ərdoğan erməniləri Qarabağdan çıxmağa çağırdı

Ərdoğan erməniləri Qarabağdan çıxmağa çağırdı


“Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərindən çıxmalıdır” Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında deyib.

Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etdiyini xatırladan Ərdoğan bildirib ki, Dağlıq Qarabağ və ətraf rayonlar əsl sahibinə yəni azərbaycanlılara qaytarılmalıdır: “Buranın əsl sahibi azərbaycanlılardır və onlar öz topaqlarına qayıdıb məskunlaşmalıdırlar. İşğalla nəyəsə nail olmaq olmaz. Türkiyə olaraq Qarabağın işğalının əleyhinəyik”.


Ərdoğan qeyd edib ki, ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.(azvision.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
894 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...