Türkiyə prezidenti ermənilərə başsağlığı verib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ermənilərinin patriarx əvəzi Aram Atəşyana 1015-ci il hadisələrinin anım mərasimi ilə əlaqədar məktub göndərib. APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğanın məktubu İstanbuldakı Məryəm Ana erməni kilsəsində keçirilən mərasimdə oxunub.
Türkiyə prezidenti “dəyərli erməni vətəndaşlarım” deyə sözə başladığı məktubunda Birinci Dünya müharibəsi şərtlərində həyatını itirən bütün Osmanlı ermənilərini hörmətlə andığını, onların övladlarına və nəvələrinə başsağlığı verdiyini bildirib: “Osmanlı İmperiyasına və cümhuriyətimizə verdikləri iqtisadi, sosial, mədəni, siyasi töhfələrini daim təqdirlə xatırladığımız erməni icmasının coğrafiyamızın hər yerindəki xatirələrini gözəl duyğularla yad edirəm. İnsanlığın ən böyük fəlakətlərindən olan Birinci Dünya müharibəsində Osmanlı sərhədləri çərçivəsində hər millətdən milyonlarla insan əbədiyyətə qovuşdu. Bu savaç sırasında etnik, dini kimliyi nə olursa olsun, bənzər şərtlər altında həyatını itirən Osmanlı vətəndaşlarının hamısını rəhmət və hörmətlə anıram. Erməni toplumunun keçmişdə yaşadığı üzüntüverici hadisələri bildiyimizi və acınızı samimiyyətlə bölüşdüyümü bir daha ifadə edirəm. Osmanlı ermənilərinin dünyanın hər yerindəki nəvələrinə könül qapımızın sonuna qədər açıq olduğunu da bilməyinizi istərdim”.
Qeyd edək ki, erməni kilsəsində keçirilən mərasimdə Türkiyə hökumətini Avropa Bilriyi naziri Volkan Bozkır təmsil edib.
1655 dəfə oxundu