"Azərbaycan bizim Cənubi Qafqazda sülhməramlı müttəfiqimizdir"
Azərbaycan bizim Cənubi Qafqazda sülhməramlı müttəfiqimizdir. Trend-in məlumatna görə, bunu “opinion-internationale.com” saytına müsahibəsində Fransa Senatının üzvü Natali Qule deyib.
Onun sözlərinə görə, tənqidçilər Azərbaycanda “demokratik keyfiyyətlər”in tanınmadığını iddia edirlər.
“Azərbaycan 24 yaşı olan çox gənc bir ölkədir. O, aşkar şəkildə Ermənistanla müharibə şəraitindədir, tez-tez ölüm halları baş verir. Amma bu barədə danışılmır”, - deyə Fransa Senatının üzvü bildirib.
O qeyd edib ki, Azərbaycan Avropa Şurası ilə demokratik dəyərlərin təkmilləşdirilməsi sahəsində işləyir.
“Heç nə bir günə tikilə bilməz. Seçki prosesi təkmilləşdirilib. Əlbəttə ki, problemlər hələ də var. Amma antikampaniya artıq qıcıq doğurur və qeyri-konstruktivdir. Bütün Avropa ölkələri, o cümlədən İsrail İslam Konfransı Təşkilatına üzv olan bir ölkədə keçirilən Oyunlarda iştirak etdilər. Həmçinin Ermənistan Azərbaycan hökümətinin və erməni idmançılarının cəsarətli addımı sayəsində bu oyunlarda təmsil olundu,” – deyə o əlavə edib.
N.Qulenin sözlərinə görə, geostrateji baxımdan Azərbaycan Avropa ilə müttəfiqdir: "Cənubi Qafqazda real suverenliyini saxlayan yeganə ölkə Azərbaycandır. Bu ölkə həmçinin neft, qaz və kənd təsərrüfatı sahəsində baxımından da Fransa üçün mühüm ticarət tərəfdaşıdır. Azərbaycan sürətlə inkişaf edir. 1921-ci ildən Azərbaycanda qadınlara səs vermə hüququ verilib. O,tamamilə dünyəvi respublikadır. Burda yəhudi icması, xristian kilsəsi var, xristianlarla hec bir problem yoxdur. Müsəlman ölkə olmasına baxmayaraq, İsrail ilə də sıx diplomatik əlaqələri var. Burada heç vaxt antisemist problemlər olmayıb. Azərbaycan radikal islama qarşı mübarizə aparır və İŞİD-ə qarşı müttəfiqlər arasında yer alır”.
1258 dəfə oxundu