“Arif Məmmədovun müraciəti bizim üçün əhəmiyyət kəsb etmir” - YAP-dan açıqlama

“Arif Məmmədovun müraciəti bizim üçün əhəmiyyət kəsb etmir” -

Yeni Azərbaycan Partiyası (YAP) İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədovun Prezident Administrasiyasındakı bir sıra məmurları Qərbin, Avropa İttifaqının, Avropa Şurasının, indi isə səfirlərin Azərbaycan hakimiyyətinə qarşı sövdələşməsi ilə bağlı yalanlar uydurmaqda günahlandırmasına münasibət bildirib.

YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov azvision.az-a açıqlamasında deyib ki, A. Məmmədovun bu ittihamlarının heç bir əsası yoxdur: “Arif Məmmədovla bağlı dediklərimin üstündə dururam. Bu insan xalqına, dövlətinə xəyanət etmiş adamdır. Onun yazdıqları, müraciətləri bizim üçün əhəmiyyət kəsb etmir. İnsanlar onun əsl kimliyini yaxşı tanıdı. O bitmiş bir adamdır”.

Qeyd edək ki, A. Məmmədov facebbok vasitəsi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciətində KİV-ləri səfirlərin dövlət başçısına qarşı sövdələşməsi ilə bağlı yanlış məlumatlar yaymaqda günahlandırıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1257 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...