Tofiq Yaqublu 7 günlük azadlığa buraxılır

Tofiq Yaqublu 7 günlük azadlığa buraxılır

Vəkil Nemət Kərimli: “Rəsmi qaydada icazə verilib” Müsavat başqanının həbsdəki müavini Tofiq Yaqublu qızı Nərgiz Yaqublunun vaxtsız vəfatı ilə əlaqədar 7 günlüyə azadlığa buraxılacaq. Vicdan məhbusunun yaxın saatlarda azad olunacağı gözlənilir.
Bu barədə musavat.com-a vəkil Nemət Kərimli məlumat verdi: “Məsələ artıq həll olunub. Sənədləşmə işi aparılır. Bir saata kimi, Tofiq Yaqublu 7 günlüyünə azad olunacaq. Göstəriş verilib. Qızının yas mərasimində iştirak etməyə. Penitensiar Xidmətdən əlaqə saxlayıb bildirdilər ki, rəsmi qaydada icazə verilib”.
Qeyd edək ki, Nərgiz Yaqublu bu gün səhər saatlarında Rusiyanın Tomsk şəhərində, müalicə olunduğu xəstəxanada vəfat edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1910 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...