AŞPA-nın yay sessiyası başlayır - miqrantlara qarşı zorakılıq müzakirə olunacaq

AŞPA-nın yay sessiyası başlayır -


Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti yay sessiyası öz işinə başlayır.

Gundeminfo.az yazır ki, AzVision.az-ın məlumatına görə, artıq Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yay sessiyasında iştirak etmək üçün Strasburqdadır.

Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Elxan Süleymanov, Sahibə Qafarova, Qənirə Paşayeva, Vüsal Hüseynov, Müslüm Məmmədov və Sabir Hacıyev daxildirlər.

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Türkiyədə demokratik institutların fəaliyyəti, mədəniyyət və demokratiya, Avropa institutlarında şəffaflıq və açıqlıq, miqrantlara qarşı zorakılıq, gender bərabərsizliyinə qarşı mübarizə və digər mövzularda fikir mübadiləsi aparılacaq, İnsan hüquqları üzrə Avropa Məhkəməsinə hakimlər seçiləcəkdir.

Sessiya öz işini iyunun 24-də başa vuracaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
786 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...