AŞPA həmməruzəçiləri İlqar Məmmədovla görüşüblər - FOTO

AŞPA həmməruzəçiləri İlqar Məmmədovla görüşüblər -


AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Preda “REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədovla görüşüb.

APA-nın məlumatına görə, bu barədə Stefan Şennak özünün “twitter” hesabında qeyd edib.

Xatırladaq ki, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri iyunun 15-dən Azərbaycanda səfərdədirlər. Səfər müddətində onlar Azərbaycan prezidenti İlham Əliyev, digər rəsmi şəxslər, vətəndaş cəmiyyəti üzvləri, media ilə görüşlər keçiriblər. Onlar sabah 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçiriləcək təkrar seçkiləri müşahidə edəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
871 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...