AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri başlayıb

AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri başlayıb


Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Preda Bakıya gəlib.

APA-nın xəbərinə görə, səfərdə əsas məqsəd iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsində keçiriləcək təkrar parlament seçkilərini müşahidə etməkdir. Bundan başqa, həmməruzəçilər Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü yerinə yetirməsi istiqamətində araşdırmalar aparacaq, görüşlər keçirəcəklər.

Xatırladaq ki, AŞPA-nın 5 müşahidəçisi təkrar seçkiləri izləmək üçün Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Missiyanın rəhbəri Yordi Çukla təyin edilib. Y. Çukla 1 noyabr 2015-ci il Milli Məclisə keçirilən seçkilərdə də AŞPA müşahidə missiyasının rəhbəri olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
785 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...