Parlament növbədənkənar iclasına başlayıb
Milli Məclisin növbədənkənar plenar iclası öz işinə başlayıb. Dövlət himninin səsləndirilməsi ilə açıq elan edilən iclasın gündəliyinə 28 məsələ daxil edilib.
Spiker Oqtay Əsədov cari məsələlərlə bağlı çıxış etmək istəyənlərin olub-olmadığını soruşub. Bu zaman deputat Zahid Oruc çıxış etmək istəyini bildirib. Spiker isə deputatın istəyinə “sənin sözünün olmayan vaxtı olubmu, ay Zahid? Bir dəfə deməmisən ki, bu gün sözüm yoxdur”-deyə, reaksiya verdi. Bundan sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçildi.
“Kənd təsərrüfatı koooperasiyası haqqında” qanun layihəsini komitə sədri Eldar İbrahimov parlamentə təqdim edib. Layihə ilə bağlı deputat Tahir Kərimli bəzi əlavələrini səsləndirdi. E.İbrahimov isə layihənin Prezident Administrasiyası ilə razılışdırıldığını xatırlatdı: “Qanunun sahibi deyir ki, qardaş, bu qanun belə olmalıdır. Qanunun müəllifi var, ona görə də xahiş edirəm ki, qanunu səsə qoyaq!”
Spiker isə üçüncü oxunuşda müzakirəyə çıxarıldığı üçün əlavə şərhə ehtiyac olmadığını deyib qanun layihəsini səsverməyə çxıardı və layihə qəbul edildi.
Deputat Tahir Kərimli dedi ki, seçildiyi Ağsu-İsmayıllı seçki dairəsinin ərazisində baş verən təbii fəlakətin aradan qaldırılması ilə bağlı işlər görüldüyünü bildirdi, bununla əlaqədar müvaqfi qurumların rəhbərliyinə, su və melorasiya təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəyə və deputat həmkaı Novruz Aslana xüsusi təşəkkürünü bildirdi. “Amma mənim bir istəyim ondan ibarətdir ki, insanlar vaxtında mal-qarasını sığorta etdirmədiyi üçün dövlət dəymiş ziyanın ödənilməsi üçün yardımını göstərsin”-deyə xahişini çatdırdı.
Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Elm haqqında” qanunu təqdim etdi. Çıxışının əvvəlində ölkə prezidentinin magistratura təhsilini alanlara hərbi xidmətdən möhlət hüququnu verən sərəncamı imzalamasını yüksək qiymətləndirdi, bu qərarın elmin inkişafında mühüm rol oynayacağını dedi.
807 dəfə oxundu