“Rusiya Qarabağ münaqişəsinin həllini prioritet elan edib“
Rusiyalı həmsədr ölkəsinin regionda baş verənlərə laqeyd olmadığını deyib. “Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana və Ermənistana yardım etmək Rusiyanın xarici siyasətinin əsas prioritetləri sırasına daxildir”. ANS PRESS-in məlumatına görə, bu sözləri ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov mətbuata müsahibəsində deyib.
O, deyib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu sahədə fəal işlər görməyə çalışır.
Rusiya regionda baş verən hadisələrə laqeyd deyil. Rəsmi Moskva həmsədrlik fəaliyyəti ilə paralel olaraq, Ermənistan və Azərbaycanla yaxın münasibətlərin mövcudluğu ilə əlaqədar müstəqil səylər də göstərir və əsas məsələlər üzrə tərəflərlə səmimi fikir mübadiləsi aparır”,-deyə rusiyalı həmsədr bildirib.
İqor Popov apreldə baş verən gərginlik zamanı atəşkəsin əldə olunmasında Rusiyanın rolundan danışıb. O, deyib ki, məhz Rusiya Ermənistan və Azərbaycan Baş Qərargah rəislərini Moskvaya dəvət edərək aprelin əvvəlində baş vermiş genişmiqyaslı hərbi əməliyyatların dayandırılmasında əhəmiyyətli rol oynayıb. “Bizim vasitəçiliyimizin əsas mövzusu münaqişənin davamlı həllinə nail olmaq üçün tərəflərə yardım etməkdir. ATƏT-in fəaliyyətdə olan sədri kimi Almaniya ilə münaqişənin həlli istiqamətində fəal iş aparılır. Həmsədrlər almaniyalı təmsilçilərlə sıx təmasları davam etdirirlər”, - deyə Popov qeyd edib.
O, prezidentlərin görüşündən sonra cəbhə xəttindəki vəziyyətə də toxunub. Popov bildirib ki, görüş zamanı atəşkəsə riayət olunması ilə bağlı razılığa gəlib. “ATƏT-in müşahidəçilərindən alınan məlumata görə, bu razılıq bütovlükdə riayət edilir. Hərbi risklərin azalması danışıqlar prosesi üçün əhəmiyyətlidir”.
926 dəfə oxundu