''Almaniya 2 iyunda buraxdığı səhvi düzəldərək Türkiyədən üzr istəyəcək'' - Aydın Mirzəzadə

''Almaniya 2 iyunda buraxdığı səhvi düzəldərək Türkiyədən üzr istəyəcək'' -


Hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyi Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı, Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin sədr müavini, Aydın Mirzəzadə 2 iyunda Almaniya Bundestaqında Osmanlı İmperiyasında 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan qətnamənin müəllifi və fəal dəstəkçisi, milliyətcə türk olan Cem Özdemirə alman dilində müraciət ünvanlayıb.

"Report"un məlumatına görə, müraciətdə deyilir: "Sizin təşəbbüsünzlə Almaniya palamentində Osmanlı İmperiyasında 1915-ci il hadisələrini soyqırım kimi nəzərdə tutan qanunun qəbul edilməsi sivil dünyada, o cümədlən türkdilli azərbaycan xalqında böyük təəccüb və təəssüf doğurdu.

Azərbaycan Türkiyə ilə qardaş ölkə, strateji müttəfiqdir və ona görə də onunla və istənilən türkdilli dövlətlə baş verənlərə həssaslıqla yanaşır. Eyni zamanda Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən 1991-1994-cü illərdə işğal edilmiş, əhalimizin bir milyon nəfərindən çoxu Ermənistan qoşunları tərəfindən öz torpaqlarından çıxarılmış və məcburi köçkünə çevirlmişdir.

Ermənistan Silahli Qüvvələri tərəfindən 26 fevral 1992-ci ildə Xocalı şəhərində genosid törətmiş, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.

BMT Təhlükəsizlik Şurasının 1992-1993-cü illərdə 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilmiş və ondan öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxartmq tələb edilmişdir. Qətnamələr indiyə qədər yerinə yetirilməmişdir".

A.Mirzəzadə müraciətdə bildirib ki, Cem Özdəmir Ermənistan tərəfindən törədilən Xocalı faciəsi məsələsinə, Türkiyənin düçar olduğu terror hadisələrinə indiyədək münasibət bildirməyib: "Bütün dünyanın reaksiya verdiyi Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərindən işğal edilməsi və bir mliyon azərbaycanlının məcburi köçkün düşməsi məsələsinə, nə Ermənistan tərəfindən törədilən Xocalı faciəsi məsələsinə, nə də Türkiyənin düçar olduğu terror hadisələrinə siz indiyədək münasibət bildirməmisiniz.

Siz uydurma “erməni soqyqırımı” məsələsinin yalan və Türkiyəyə qarşı bir təzyiq vasitəsi olduğunu bir türk və Türkiyədə böyümüş bir insan kmi bilməli idiniz. Heç olmasa bu layihəni hazırlayarkən həmin dövr üzrə ixtisaslaşan dünya tarixçiləri ilə məsləhətləşə bilərdiniz.

Siz bilməli idiniz ki, Tükiyə dəfələrlə Ermənistana birgə komissiya yaradaraq 1915-ci il hadisələrinə birdəfəlik aydınlıq gətirmək üçün arxivlərdə işlmək təklifi etsə də, təklif Ermənistan tərəfindən rədd edilmişdir. Çünki, erməni millətçilərinin soyqırım iddiası heç bir arxiv materialları ilə təsdiqlənmir və bu dəfələrlə ciddi elmi və siyasi dairələr tərəfindən səsləndirilib. Elə siz özünüz də 15 il əvvəl yazdığınız məqalənizdə Fransada soyqırımın tanınmasını tənqid edərək, "1915 və ondan əvvəl 1895-ci ildə baş verən hadisələrin ələ alınma yeri nə Vaşinqton, nə də Paris və Berlindir" deyə vurğulamışdınız.

Son dövrlər Türkiyə ilə Almaniya arasında münasibətlər heç də xoş günlərini yaşamırdı. Bu situasiyadan erməni milllətçi dairələri və antitürk mərkəzləri uğurla istifadə etdilər və heç bir tarixi fakta söykənməyən qərar münasibətlərin gərgin olduğu bir zamanda emosiyalar üzərində qəbul edildi. Ağrıdıcıdır ki, bu səlib yürüşünün önündə siz və türk millitindən olan daha 10 bundestaq deputatı getdiniz. Yeganə həqiqət müdafiçəsisi isə türk dünyası ilə heç bir bağlılığı olmayan xristian-demokrat Bettina Kudla oldu. Bu məqamda Türkiyə və türk dünyası siz 11 türk deputatından ədalət və müdafiə gösləyirdi. Amma ona ən ağır zərbəni isə elə sizlər, öz oğul və qızları vurdular.

Almaniya qüdrətli dövlət, alman xalqı müdrik xalqdır. Nə zamansa Almaniya bu məsələyə yenidən qayıdacaq və 2 iyunda buraxdığı səhvi düzəldərək Türkiyədən üzr istəyəcək. Ancaq sizlərin üzrü isə qəbul edilməyəcək, çünkü anaya xəyanət edən oğullar bağışlanmır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
943 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...