Məmmədyarov və Nalbandyan razılığa gəlib - BƏYANAT

Məmmədyarov və Nalbandyan razılığa gəlib -


“Nazirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə sadiq olduqlarını bir daha təsdiq etdilər”.

AzVision.az-ın məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin mayın 31-də Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və iyunun 2-də isə Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşlərinin yekunu ilə bağlı yaydıqları bəyanatda bildirilir.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrini şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Bəyanatda bildirilib ki, həmsədrlər ATƏT-in fəaliyyətlə olan sədrinin xüsusi nümayəndəsinin ofisinin genişləndirilməsi və ATƏT araşdırma mexanizmlərinin qurulması ilə bağlı sənəd layihəsini baxılması üçün nazirlərə təqdim ediblər: “Nazirlər prezidentlərin hərtərəfli sülh sazişi istiqamətində danışıqları bərpa etmək istiqamətində iyun ayında danışıqların növbəti mərhələsinin keçirilməsinə razılıqlarını təsdiqləyiblər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
828 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...