Məmmədyarov Brüsselə getdi

Məmmədyarov Brüsselə getdi


Xarici işlər naziri Elmar Məmmədyarov mayın 31-də NATO-nun mənzil-qərargahında keçiriləcək Azərbaycan-NATO iclasında iştirak etmək üçün Brüsselə səfər edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, E.Məmmədyarov NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Səfər çərçivəsində E.Məmmədyarovun Brüsseldə ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşü də nəzərdə tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
843 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...