Binəli Yıldırım Azərbaycana iyunun 3-də səfər edəcək

Binəli Yıldırım Azərbaycana iyunun 3-də səfər edəcək


Türkiyənin yeni baş naziri Binəli Yıldırımın Azərbaycana planlaşdırılan səfərinin dəqiq tarixi məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, B. Yıldırım ölkəmizə iyunun 3-də səfər edəcək.

*** 18.31

Bakı – APA. Türkiyənin yeni baş naziri Binəli Yıldırımın ilk xarici səfər proqramı bəlli olub.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, B. Yıldırım ənənəvi olaraq ilk xarici səfərini Şimali Kipr Türk Respublikası və Azərbaycana edəcək. O, iyunun 1-də Şimali Kiprə yola düşəcək və prezident Mustafa Akıncı, baş nazir Hüseyn Özgürgün ilə görüşəcək.

B. Yıldırım daha sonra Azərbaycana gələcək və prezident İlham Əliyevlə görüşəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
833 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...