G7 liderləri Rusiyanı hədələdilər

G7 liderləri Rusiyanı hədələdilər


Rusiyaya qarşı sanksiyalar Minsk sazişləri tam yerinə yetirilənədək qüvvədə qalacaq və zərurət yaranacağı təqdirdə gücləndirilə bilər.

Gundeminfo.az "Report"a istinadən bildirir ki, bu barədə "Böyük yeddiliy"in Yaponiyada keçirilən sammitinin yekununda qəbul olunan birgə bəyannaməsində deyilir.
"Biz təsdiq edirik ki, Rusiya Federasiyasına qarşı sanksiyaların uzadılması tamamilə Moskvanın Minsk sazişlərinin tam implementasiyası və Ukraynanın suverenliyinə hörmət edilməsinə dair hərəkətləri ilə bağlıdır. Sanksiyalar Rusiyanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi təqdirdə ləğv oluna bilər. Bununla yanaşı biz əgər Rusiyanın hərəkətləri tələb edərsə, gələcəkdə də məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə hazırıq", - deyə sammitin bəyannaməsində bildirilir.

Eyni zamanda qeyd olunur ki, "yeddilik" liderləri Ukrayna böhranının həlli üçün Moskva ilə dialoqun saxlanılmasının mühüm olduğunu vurğulayıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
857 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...