Mehmet Perinçek: "Almaniya kimisə soyqırımda günahlandıra biləcək sonuncu ölkədir"

Mehmet Perinçek: "Almaniya kimisə soyqırımda günahlandıra biləcək sonuncu ölkədir"


Türkiyənin etirazlarına baxmayaraq, alman Budestaqı iyunun ilk günlərində Birinci Dünya müharibəsi illərində Osmanlı İmperiyasında «erməni soyqırımı»nın tanınması barədə qətnaməni müzakirə etməyə hazırlaşır.

Virtualaz.org Almaniyanın «Deutsche Welle» xəbər agentliyinə istinadən bildirir ki, parlamentin iclasının gündəliyində beşinci bənd kimi Bundestaqın üç fraksiyasının irəli sürdüyü «101 il əvvəl erməni və digər xristian azlıqların soyqırımı haqqında xatirə» adlı qətnamə layihəsinin müzakirəsi göstərilir. Almaniyanın əksər siyasi partiyalarının xarici siyasət üzrə ekspertləri qətnaməni dəstəkləyirlər.

Virtualaz.org-a müsahibəsində məşhur türk siyasətşünas və tarixçi, «Rusiyanın dövlət arxivlərindən 120 sənəddə erməni məsələsi» adlı monumental sənədli əsərin müəllifi Mehmet Perinçek bildirib ki, Bundestaq, hər hansı digər parlament kimi, soyqırım aktlarını tanıya bilməz.

«Soyqırımları, insanlığa qarşı cinayət aktı kimi, yalnız məhkəmələr tərəfindən tanına bilər. Almaniya isə kimisə soyqırımda günahlandıra biləcək sonuncu ölkədir. Bu ölkənin tarixi insanlığa qarşı cinayətlərlə o qədər zəngindir ki, almanlar kiməsə qarşı belə məsələləri qaldıran zaman utanmalıdırlar.

Düşünürəm ki, biz qaçqınlar məsələsində Türkiyə ilə Avropa arasında alverlə üz-üzəyik. Avropalılar yəqin bu cür nalayiq şəkildə Türkiyənin qərarına təsir etməyə və onu şantaj etməyə çalışırlar. Lakin bu düzgün metod deyil və Avropa anlamalıdır ki, Türkiyə belə ucuz təxribatlara və şantaja təslim olmayacaq.

Biz isə, öz tərəfimizdən, əlimizdən gələni edəcəyik ki, Bunsdestaq belə səhvə yol verməsin. Mayın 28-də Berlində, Potsdam meydanında çoxsaylı mitinq keçirəcəyik və azərbaycanlıları da burada iştirak etməyə çağırırıq.

Ümumiyyətlə isə, düşünmürəm ki, alman deputatlar bu qətnamənin qəbulunda maraqlıdırlar», - M.Perinçek deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
870 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...