“Xədicə İsmayılın şərti cəza ilə azadlığa çıxması adi haldır"

“Xədicə İsmayılın şərti cəza ilə azadlığa çıxması adi haldır"


“Xədicə İsmayılın şərti cəza ilə azadlığa çıxması adi haldır. Bunu Azərbaycanın hüquq-mühafizə orqanlarının humanist siyasətinin nəticəsi hesab edirəm”.

GUNDEMİNFO.AZ yazır ki, bu fikirləri AzVision.az-a Yeni Azərbaycan Partiyasının icra-katibinin müavini, deputat Siyavuş Novruzov deyib. YAP rəsmisi vurğulayıb ki, X.İsmayılın şərti cəza ilə azadlığa buraxılması şouya çevrilməməlidir: “Azərbaycan dövləti humanistdir. Belə hallar hər zaman olub. Hazırda bu proses davam edir. Xədicə İsmayılın şərti azadlığa buraxılmasını kimsə şouya çevirməsin. Bu, adi haldır. Azadlığa buraxılan müəllim, həkim heç də ondan aşağı deyil, əksinə daha üstündür”.

Qeyd edək ki, bu gün “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova azadlığa buraxılıb. Ali Məhkəmədə jurnalist Xədicə İsmayılova barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Prosesdə Xədicə İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb. Xədicə İsmayıl MTN-in keçmiş rəhbəri Eldar Mahmudovun qurbanlarından biri idi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
852 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...