"Nə ad günlərində, nə də yad günlərində xatırlandım" Məmməd İsmayıl

"Nə ad günlərində, nə də yad günlərində xatırlandım"

“Nüfuzlu insanlar Müsavat Partiyasından getdilər. Adam heyrətə gəlir ki, Müsavat rəhbərliyi buna niyə imkan verdi? Onlar düşüncə, ideya baxımından partiyanı önə apara biləcək insanların getməsinə şərait yaratdılar. Bizim bədbəxtliyimiz ondadır ki, özümüzə lider seçməyi bacarmırıq”.


Bu sözləri APA-ya açıqlamasında şair Məmməd İsmayıl Müsavat Partiyasından istefa verməsinə münasibət bildirərkən deyib.

M. İsmayıl partiya rəhbərliyi tərəfindən xatırlanmadığını təəssüflə qeyd edərək Müsavatın bugünkü durumunun ürəyincə olmadığını vurğulayıb: “Hazırda Türkiyədəyəm. Mən nə Məclisə, nə toplantılara dəvət olundum, nə ad günlərində, nə də yad günlərində xatırlandım. Sanki Məmməd İsmayıl adında adam olmayıb. Halbuki Müsavatın bərpasında iştirak edən üzvlərdən biri idim. O zaman da partiya üçün gücümün yetdiyi qədər xeyli işlər gördüm. İndi isə Məclisə yeni insanlar gəldi, başqaları seçildi. Adamlar var ki, onların nüfuzu, təsir dairəsi, partiyadan da artıqdır. Təəssüflər olsun ki, bizim siyasi liderlərimizin heç biri nə Qandi, nə də Salvador Alyende ola bildi. Mən gördüm ki, partiyanı idarə edənlər üçün lazımlı biri deyiləm. Partiyanın bugünkü ab-havası mənim ürəyimcə deyil. Əlbəttə ki, bunların hamısı istefa haqqında qərarımın qətiləşməsinə şərait yaratdı. Düşündüm ki, partiyanın indiki rəhbərliyində mənim varlığıma ehtiyac duyulmursa, o zaman mənim üçün də partiya üzvü olmağın heç bir əhəmiyyəti qalmır”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1418 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...