“Ərdoğan dedi ki, Gürcüstan mütləq NATO-ya qəbul olunmalıdır”
İstanbulda keçirilən Dünya Humanitar Sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti Georgi Marqvelaşvili arasında görüş keçirilib.
APA-nın “apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, tərəflər siyasi, iqtisadi və mədəni əlaqələri, eləcə də qarşıdakı NATO sammitini müzakirə ediblər. R. T. Ərdoğan Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini bir daha bildirib.
Görüşdə iştirak edən Gürcüstan prezident administrasiyasının rəhbəri Georgi Abaşişvili müzakirə olunan məsələlər barədə məlumat verib: “Türkiyə prezidenti bəyan etdi ki, Gürcüstan mütləq NATO-ya qəbul olunmalıdır. Söhbətdə iki ölkənin tərəfdaş ölkə Azərbaycanla birlikdə gerçəkləşdirdiyi vacib strateji layihələrə də toxunuldu. Bakı-Tbilisi-Qars dəmir yolu magistralı müzakirə edildi. Cənab Ərdoğan ümid etdiyini bildirdi ki, layihənin icrası bu il başa çatacaq. Gələcək əməkdaşlıq məsələləri də nəzərdən keçirildi”.
866 dəfə oxundu