İqbal Ağazadənin namizədliyi qeydə alındı

İqbal Ağazadənin namizədliyi qeydə alındı


90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər üçün daha bir iddiaçının nаmizədliyi qeydə alınıb. Bu Ümid partiyasının sədri İqbal Ağzadədir. Bu barədə Musavat.com-a məlumatı Ümid partiyası sədrinin müavini Ənvər Ağazadə verib.

Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən növbəti iclasında İqbal Ağzadənin namizdəliyinin qeydə alınması təsdiqlənib.

Xatırladaq ki, sözü gedən seçki dairəsindən deputat seçilmək üçün 14 nəfər namizdəliyini irəli sürmüşdü və bu günə qədər onlardan yalnız 3-ü namizəd kimi qeydə alınmışdı.

Onu da qeyd edək ki, MSK dünənki iclasında 90 saylı Ağdaş seçki dairəsindən Milli Məclisə təkrar seçkilərdə namizədliyi irəli sürülmüş Ümid Partiyasının sədri İqbal Ağazadənin şikayətinə baxıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
821 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...