Lukaşenko da islam ölkələrinin sammitində iştirak edəcək

Lukaşenko da islam ölkələrinin sammitində iştirak edəcək

Belarus prezidenti Aleksandr Lukaşenko Türkiyəyə işgüzar səfərə gedib. Bu barədə “Belta”ya Belarus liderinin mətbuat xidmətindən bildiriblər. Aprelin 14-də İstanbulda Belarus dövlətinin rəhbəri İslam Əməkdaşlıq Təşkilatının “Ədalət və sülh naminə birlik və həmrəylik” şüarı altında keçəcək sammitində iştirak edəcək.

Tədbir zamanı Belarus prezidentinin çıxışı gözlənilir. İşgüzar səfərin proqramında xarici dövlətlərin liderləri ilə bir sıra ikitərəfli görüşlər və danışıqlar da nəzərdə tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
884 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...