"Biz nə zaman istəsək, iclas keçirə bilərik" - Oqtay Əsədov

"Biz nə zaman istəsək, iclas keçirə bilərik" -


Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu günki iclasının çağırılması məsələsinin bir sıra kütləvi informasiya vasitələrində birmənalı qarşılanmamasına kəskin etirazını bildirib.

Trend-in məlumatına görə, O.Əsədov deyib ki, bu, Milli Məclisin öz səlahiyyətlərinə aid olan məsələdir: “Biz nə zaman istəsək, iclas keçirə bilərik. Burada qeyri-adi nə var ki? Mən anlamıram ki, Milli Məclisin bu gün növbədənkənar iclas çağırılması bir sıra KİV-lərdə nə üçün bu qədər hay-küylə qarşılanır? Bir daha deyirəm, bu məsələ bizim səlahiyyətimizə aid olan məsələdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
897 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...