Gürcüstanda iqtidar dəyişsə - bunun Azərbaycana təsiri olacaqmı?
Gürcüstanda baş verən siyasi hadisələrin Azərbaycana zərrə qədər də təsiri yoxdur.
İndi gəlin bir neçə məqama diqqət edək.
İlk növbədə gəlin diqqət edək - Gürcüstan Azərbaycanın əsas ticarət və tranzit tərəfdaşı olmaqla yanaşı, strateji enerji layihələri və regional əməkdaşlıq üçün vacib bir ölkədir.
Gürcüstan Azərbaycan üçün enerji nəqliyyatında əsas tranzit ölkədir. Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu kimi layihələr bu əməkdaşlığın vacibliyini göstərir. Gürcüstanda sabitlik pozularsa, bu layihələrin davamlılığı riskə düşə bilər və Azərbaycanın enerji ixracından əldə edəcəyi gəlir azala bilər.
Daha bir vacib iqtisadi göstərici var - 2024-cü ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 1,3 milyard dollara yaxın olub. Bizim ixracatda Gürcüstan 5%-lik paya malikdir. Amma tranzit layihələrimizin əsas tərəfdaşıdır.
Başqa bir məqam - Gürcüstandakı qeyri-sabitlik və ya Rusiya ilə əlaqələrin gərginləşməsi Azərbaycanın Qərbə enerji nəqliyyatı yollarına təhlükə yaradar.
Bundan əlavə, NATO və Avropa İttifaqı ilə Gürcüstanın yaxınlaşma səyləri Azərbaycanın regional mövqelərinə də təsir edə bilər.
Nəticə etibarilə qarşımızda iki iqtisadi mənzərə var:
1. İndiki iqtidar dəyişərsə, Gürcüstanın Avropa İttifaqına inteqrasiya səyləri Azərbaycan üçün yeni ticarət və logistika imkanları yarada bilər.
2. Gürcüstan-Rusiya münasibətlərinin gərginləşməsi regionda yeni münaqişələrə səbəb ola bilər ki, bu da Azərbaycanın ticarət yollarına və iqtisadi sabitliyinə təsir edə bilər.
Yəni yalnız iqtisadi sabitlik və əsas tranzit tərəfdaşımızın siyasi xaos halında olması bizə ziyan verə bilər. Digər siyasi, hərbi və başqa sahələrdə regionda Azərbaycana zərər verə biləcək dövlət yoxdur.
Deməli, biz Gürcüstanda baş verənlərə təmkinlə yanaşsaq, hətta iqtidar dəyişikliyi baş versə də Azərbaycan gürcülər üçün "çörək ağacı" statusunu saxlayacaq.
Bu baxımdan da demokratikləşmə istiqamətində atılan bütün addımlar ilk növbədə Azərbaycanın iqtisadi nifuzu ilə uzlaşdırılmalıdır.
Əsas iqtisadi tərəfdaşımız olan Gürcüstanda sabitlik və demokratiya bizim ziyanımıza deyil. Bu heç Avropanın da ziyanına deyil.
"EconomX" Analitik Mərkəzi
306 dəfə oxundu