“Moldovadakı seçkilər ən qeyri-demokratik seçkilər oldu” – Zaxarova
“Moldovada keçirilən prezident seçkiləri Moldova müstəqilliyinin bütün illərində ən qeyri-demokratik seçki oldu”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Noyabrın 3-də Moldovada prezident seçkilərinin ikinci turu keçirilib. Moldova Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, hazırkı dövlət başçısı Maya Sandu 55,33 faiz səslə qalib gəlib. Bu, Moldova müstəqilliyinin bütün illərində ən qeyri-demokratik seçki kampaniyası idi desək, yanılmarıq. Onun fərqli cəhətləri hakimiyyət tərəfindən müxalifətə və müstəqil mediaya, xüsusən də rusdilli mediaya qarşı görünməmiş repressiyalar, Qərb ölkələrinin seçki prosesinə açıq müdaxiləsi və hakimiyyətin inzibati resurslardan geniş istifadə etməsi idi”, - Zaxarova deyib.
XİN rəsmisi bildirib ki, Moldova hakimiyyəti prezident seçkiləri zamanı çoxsaylı qanun pozuntularına və saxtakarlıqlara yol verib:
“Ekspertlər və politoloqlar hakimiyyət tərəfindən çoxsaylı qanun pozuntularına və saxtakarlıqlara işarə edirlər. Onlar poçtla səsvermənin qeyri-şəffaf təşkilinə diqqət çəkirlər ki, bu da saxtakarlıq üçün imkanlar açır”.
O qeyd edib ki, prezident seçkilərindən sonra Moldova hakimiyyəti Moldova cəmiyyətində parçalanmanı gücləndirməməli, Rusiya ilə əlaqələrin saxlanmasının tərəfdarı olan öz vətəndaşlarının maraqlarını nəzərə almalıdır.
169 dəfə oxundu