Hansı partiyalar dövlətdən maliyyələşəcək? - Üzvlük haqqının iki qatı pul verilir
Azərbaycanda fəaliyyət göstərən, bu il keçirilən növbədənkənar parlament seçkilərində iştirak etmiş siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsinə start verilib. Maliyyə yardımı partiyalara hansı meyarlara görə edilir və burada əsas şərtlər nədən ibarətdir?
Mövzu ilə bağlı Teleqraf.com-a danışan Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn sədrlik etdiyi partiyaya Maliyyə Nazirliyindən maliyyələşmə ilə bağlı məktub gəldiyini bildirib.
“AXP-yə bu ilin axırıncı rübü üçün 3400 manat vəsaitin ayrılması barədə qərar var. Bununla bağlı biz də müvafiq sənədləri təqdim etməliyik ki, həmin vəsait partiyanın bank hesabına köçürülsün”, - deyə o əlavə edib.
Pənah Hüseyn vurğulayıb ki, "Siyasi partiyalar haqqında" qanunun 25-ci maddəsində partiyaların maliyyələşdərilməsi ilə bağlı müddəalar var: “Burada maliyyələşmə partiyaların seçkidə iştirakı və alınan səslərin miqdarına görə təyin edilir. Yeni qanuna görə, parlamentdə təmin olunmayan, amma seçkidə iştirak etmiş partiyalar maliyyələşmədən yararlana bilir. Bu da partiyalara ayrılan vəsaitin 5 faizi həcmində olur. Seçkidə iştirak edib, etibarlı səs toplayan siyasi partiyaların maliyyələşməsi məhz bu qayda ilə həyata keçirilir”.
Partiya sədri qeyd edib ki, son parlament seçkisində iştirak edən 25 partiyadan 11-i təmsilçilik hüququ qazanıb: “Ona görə də, 14 partiya bu qayda ilə maliyyələşəcək. Amma partiyalar üçün ayrılan vəsaitin hamısı təşkilatın bank hesabına köçürülmür. Qanunda göstərilib ki, ayrılan yardım partiyanın üzvlük haqqı və daxil olan ianələrin iki qatından artıq ola bilməz. Əgər sıfır göstərici varsa, o partiyaya ümumiyyətlə pul ayrılmır. AXP-yə bu ilin axırıncı rübünə görə, 5 min manata yaxın vəsait ayrılmalı idi. Amma 3400 manat ayrıldı. Çünki partiyaya 2023-cü ildə üzvlük haqqı və ianə formasında 1700 manat vəsait daxil olub. Ona görə də, həmin vəsaitin iki qatı səviyyəsində pul ayrıldı”.
Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı da "Siyasi partiyalar haqqında" yeni qanuna görə partiyaların maliyyələşdiyini bildirib:
“Yeni qanunda ayrılmış vəsaitin 5 faizinin seçkidə iştirak edən partiyalara və toplanan səslərə uyğun olaraq proporsional qaydada hesablanması nəzərdə tutulur”.
Gülağa Aslanlı hesab edir ki, ayrılan vəsait cüzidir: “Söhbət partiyalara ümumilikdə ayrılan vəsaitin 5 faizindən gedir. 25 siyasi partiya sonuncu parlament seçkilərində iştirak edib. Onlardan 14-ü isə mandat ala bilməyib. Məhz o 5 faiz 14 partiya arasında bölüşdürüləcək. Burada da eyni qaydada və toplanan səslərə görə vəsaitin bölgüsü həyata keçirilir. Sözsüz ki, bu vəsait partiyanın inkişafına çatacaq səviyyədə deyil. Böyük ehtimalla bu pul partiyanın ancaq kommunal xərclərini qarşılamağa çatacaq”.
VI çağırış Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə hesab edir ki, son parlament seçkilərinə qatılan partiyalara maliyyə yardımlarının ayrılması mühüm əhəmiyyət kəsb edir.
O qeyd edib ki, əvvəlki qanuna görə, yalnız parlamanetdə iştirak edən siyasi partiyalar bu maliyyələşmədən yararlana bilirdi: “Amma indi seçkidə iştirak edib mandat qazana bilməyən və etibarlı səs qazanan partiyalar da maliyyələşmədə iştirak edir. Bu, sevindirici məqamdır”.
Sabir Rüstəmxanlı maliyyələşmənin azlığı ilə bağlı məsələyə də toxunub: “Sözsüz ki, yoxdan, az yaxşıdır. Heç nə olmamasından az da olsa, olmağı daha yaxşıdır. Əgər bu ənənə yaranıbsa, zamanla möhkəmlənəcək, məbləğ də artacaq. Elə siyasi partiyalar var ki, icarə ofislərdə fəaliyyət göstərir. Bir çox hallarda həmin partiyaların ofisin icarə haqqını verməyə, orada işçi saxlamağa imkanları olmur. Bunları nəzərə aldıqda az da olsa vəsaitin ayrılması müsbət tendensiyanın başlanğıcı, irəliyə doğru addımdır”.
Qeyd edək ki, "Siyasi partiyalar haqqında" qanuna görə, dövlət tərəfindən ayrılan vəsait aşağıdakı meyarlar əsasında bölünür:
- Vəsaitin 40%-i parlamentə düşən partiyalar arasında bərabər bölünür.
- Vəsaitin 50%-i deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir.
- Vəsaitin 5%-i təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara ayrılır.
- Vəsaitin 2,5 faizi isə parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər, yerdə qalan 2.5%-i isə həmin partiyalar arasında proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünür.
Yeni qanuna görə, Milli Məclisə mandat qazanmayan siyasi partiyalar da dövlət tərəfindən maliyyə yardımı almaq hüququ qazanır. Əsas fərq parlamentdə təmsil olunmayan partiyalarla bağlıdır. Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3% səs qazanmalı idi. İndi bu qayda ləğv edilib və səs qazana bilən bütün partiyalara aid olacaq.
Sonuncu (1 sentyabr 2024-cü il) parlament seçkilərində 25 siyasi partiya iştirak edib. Onlardan 11-i Milli Məclisdə mandat qazana bilib. 14 partiya isə parlamentdə yer ala bilməyib. 5 faizlik maliyyə də məhz 14 partiya arasında bölünəcək. Azərbaycanda 26 siyasi partiya qeydiyyata alınıb. 2024-cü ilin dövlət büdcəsindən isə ümumilikdə partiyalar maliyyələşməsi üçün 5 milyon manat vəsait ayrılıb.
268 dəfə oxundu