Deputat icra başçılarını tənqid etdi

Deputat icra başçılarını tənqid etdi


Milli Məclisin iclası davam edir. Modern.az xəbər verir ki, deputat azay Quliyev “İctimai nəzarət haqqında” qanun layihəsi barədə danışıb. O bildirib ki, qanun layihəsi müzakirələrə təqdim edilib. “Cənab Prezident Nazirlər Kabinetində çıxışı zamanı ictimai nəzarət haqqında ciddi tapşırıqlar verib və ictimai nəzarətin vacibliyini qeyd edib. Bu qanun layihəsi müəyyən boşluqların doldurulmasına, konkret mexanizmlərin yaradılmasına xidmət edəcək.

Təəssüflər olsun ki, bəzi yerli icra hakimiyyətləri orqanları buna riayət etmir. Həmkarım Fazil Mustafa qeyd etdi ki, “İctimai iştirakçılıq haqqında” qanun var və orada ictimai şuraların yaradılması haqqında da maddə var. Niyə bu lazımi səviyyədə icra olunmur? Mən həmkarımın fikrinin bir hissəsi ilə razıyam.

Təəssüflər olsun ki, bəzi yerli icra hakimiyyəti orqanları qanundan irəli gələn məsələlərə lazımi səviyyədə diqqət yetirmirlər. Məsələn, ictimai şuraların yaradılması ilə bağlı Nazirlər Kabinetinin təsdiq olunmuş Əsasnaməsi var. Əsasnamədə şuraların yaradılması qaydaları göstərilib. Amma bəzi qurumlar buna əməl etmir”.

Deputat vurğulayıb ki, bu baxımdan “İctimai nəzarət haqqında” qanun layihəsi burada interaktivlik yaratmalıdır. “Mexanizm kifayət qədər aydın, başadüşülən olmalıdır ki, burada ortaq fəaliyyət tapılsın.

Həm də dövlət qurumlarının fəaliyyəti yüksək səviyyədə təşkil olunsun və digər mexanizmlərdə təmin edilsin. Bu baxımdan əminəm ki, biz bunu geniş şəkildə müzakirə edə və ən optimal layihəni sizin diqqətinizə təqdim edə biləcəyik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1084 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...