Aydın Mirzəzadə: Ermənistan işğal dövründə minalara 400 milyon dollar xərcləyib

Aydın Mirzəzadə: Ermənistan işğal dövründə minalara 400 milyon dollar xərcləyib
Ermənistan işğal dövründə minaların alınması və basdırılmasına 400 milyon ABŞ dolları vəsait xərcləyib.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, minaların təmizlənməməsi həmin ərazilərə qayıdışı mümkünsüz edir: “Minaların təmizlənməsi üçün Ermənistanın minalamağa xərclədiyi rəqəmdən qat-qat çox vəsait lazım olacaq. İndiyədək mina qurbanı olan vətəndaşlarımızın sayını açıqladıq. Habelə belə bir anlayış var: qanla yazılmış qanun. Fikrimcə, “Minatəmizlənəmə haqqında” qanun da məhz qanla yazılıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
364 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...