Avropa İttifaqı Gürcüstana maliyyə yardımını dayandırır

Avropa İttifaqı Gürcüstana maliyyə yardımını dayandırır
Gürcüstan hökuməti Avropa İttifaqının (Aİ) 121 milyon avro məbləğində maliyyə yardımındam məhrum olacaq. Buna Gürcüstan hökumətinin demokratik standartlardan uzaqlaşması səbəb olub.

Gundeminfo.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyi məlumat yayıb.

Bildirilir ki, Avropa İttifaqı 2022, 2023 və 2024-cü illərdə Gürcüstan hökuməti üçün 121,3 milyon avro məbləğində illik vəsait ayırıb. Lakin, bu vəsait 2024-cü ildə dayandırılacaq. Buna səbəb Gürcüstan hökumətinin demokratik standartlardan uzaqlaşması, xüsusən də vətəndaş cəmiyyətinə qarşı yönəlmiş “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu olub.

“Gürcüstan təkcə bu yardımı deyil, digər yardımlardan da məhrum edilə bilər” – deyə, məlumatda bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
297 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...