“Nəqliyyat kommunikasiyaları açılsa, təhlükəsizliyini təmin etməyə hazırıq” – Paşinyan

“Nəqliyyat kommunikasiyaları açılsa, təhlükəsizliyini təmin etməyə hazırıq” –
“Ermənistan öz ərazisində nəqliyyat kommunikasiyaları açılacağı təqdirdə onların təhlükəsizliyinin təmin edilməsini üçüncü ölkələrə həvalə etməyi planlaşdırmır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.

“Ermənistan Respublikası öz ərazisindən malların, nəqliyyat vasitələrinin və insanların keçidinin təhlükəsizliyini tam təmin etməyə hazırdır”, - Paşinyan deyib.

Asiya və Avropa, Şimal və Cənub arasında alternativ nəqliyyat kommunikasiyalarının axtarışı məsələsini şərh edən respublikanın Baş naziri hökumətin “Dünyanın kəsişməsi” layihəsini xatırladıb.

Qeyd edək ki, Ermənistan hökuməti tərəfindən hazırlanmış “Dünyanın kəsişməsi” layihəsi Azərbaycanla nəqliyyat əlaqələrinin açılmasını və onların bütün regionun infrastrukturuna inteqrasiyasını nəzərdə tutur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
217 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...