“Sülhə nail olmaq üçün konstitusiyanı dəyişməyə hazırıq” – Paşinyan

“Sülhə nail olmaq üçün konstitusiyanı dəyişməyə hazırıq” –
“Ermənistan hakimiyyəti Azərbaycanla sülh əldə etmək üçün respublikanın konstitusiyasını dəyişməyə hazırdır”.
Yeniavaz.com xəbər verir ki, bunu BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, İrəvan Bakı ilə sülh müqaviləsi bağlasa, bu sənədin məzmununun ölkənin əsas qanunlarına uyğunluğunu yoxlamaq üçün Ermənistan Konstitusiya Məhkəməsinə göndəriləcək.
“Konstitusiya Məhkəməsi razılaşmanın Ermənistan Konstitusiyasına zidd olduğu qənaətinə gəlsə, o zaman sülhə nail olmaq naminə konstitusiya dəyişiklikləri zəruri olacaq”, - deyə Baş nazir bildirib.
Paşinyan, həmçinin ötn gün bildirib ki, İrəvan Azərbaycana bu ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim konfransına qədər sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağı təklif edir. Onun fikrincə, bu, sülh prosesinin irəliləməsi üçün stimullaşdırıcı mühit yaradacaq.
Ermənistanın Baş naziri bəyan edib ki, İrəvan və Bakı sülh müqaviləsinin mətninin demək olar ki, 80%-ni razılaşdırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
27 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...