Vikipediyanın Azərbaycan dilində nə baş verir? - ARAŞDIRMA
Vikipediyanın Azərbaycan dilində baş verənlər yenidən bu platforma ilə bağlı məsələni aktuallaşdırdı.
Vikipediyada Azərbaycanla bağlı mütəmadi olaraq mübahisələr olur. Bəzən faktların təhrif edilməsi, bəzən isə faktların bilərəkdən saxtalaşdırıldığı məqalələrin yayılması, edilmiş redaktə və düzəlişlərə heç bir əhəmiyyət verilməməsi sosial mediada müzakirə mövzusu olur.
Vikipediya ilə bağlı müzakirə necə aktuallaşdı?
Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünasın Vikipediyanın Azərbaycan dilindən 2020-ci ildə baş vermiş müharibə zamanı şəhid olmuş 3000 nəfərə aid məlumatların kütləvi silinməsi ilə bağlı sosial şəbəkədə yazdığı status geniş müzakirələrə səbəb oldu.
Fərid Pərdəşünas bu məlumatları icmanın bütün üzvlərinin konsensusu olmadan, yalnız Vikipediyadakı bir qrup “no-war”çı qrup tərəfindən məhz siyasi arqumentlərlə silindiyini qeyd etdi. Lakin məlumatın silinməsində iştirak etmiş və yekun prosesi həyata keçirmiş Ayxan Ziyadzadə sosial media statuslarında məqalələrin silinməsinin Vikipediya Fondundan tövsiyə olunduğunu yazıb.
Məsələ ondadır ki, elə Vikipediyada bu məqalələrin çoxunu da Ayxan Ziyadzadə yaradıb. Lakin görünən odur ki, icma üzvlərinin bir qrupunun qərarı ilə məqalələr silinib.
Vikipediya necə fəaliyyət göstərir?
Vikipediya özü barədə məlumatlarda rəsmi mənbə olmadığını qeyd edir. Burda müxtəlif dillərdə insanlar məqalələr yerləşdirə, redaktə edə bilirlər. İstinadlar etibar olunmuş, dəqiq, həmin dildə məşhur olan və inanılmış mənbələrə edilməlidir.
Vikipediya ensiklopedik hesab edilən şəxsiyyətlər, hadisələr, proseslər barədə məlumat toplusudur. Burda icma üzvlərinin müzakirəsi və qərarı ilə məqalələrin redaktəsinin təsdiqlənməsinə və ya silinməsinə icazə verilir.
Vikipediya, əsasən, axtarış sistemlərində daha çox axtarılan, tarixi və real əhəmiyyət kəsb edən şəxslər, faktlar və hadisələrin olduğu məlumat toplusudur. Əlbəttə, dünyada olan bütün müharibələrdəki itkilərin hamısı barədə müxtəlif dillərdə adlı məqalələr yoxdur. Bu, milyonlarla məqalə demək olardı və bunun yaradılması da əksər halda mümkünsüzdür.
Vikipediya bir platformadır və onun məqsədi daha çox axtarış sistemlərində öndə görünmək üçün daim özünü yeniləmək, axtarılan, hekayəsi olan, yaşadığı cəmiyyətdə fərqlənə bilənlər barədə məqalələrə yer verməkdir.
Bu baxımdan Vətən Müharibəsi iştirakçıları və şəhidləri barədə səhih məlumatların olduğu, çoxlu dilə tərcümə olunmuş bir neçə məqalə ilə də kifayətlənmək mümkün idi.
Qeyd eləmək yerinə düşər ki, Azərbaycanda Vətən Müharibəsi dövründə şəhid olanların hər birinin foto və bioqrafiyasının toplandığı ayrıca sayt (www.memorial.az) yaradılıb. Bu resursun link keçidi isə Azərbaycanın əksər ciddi və inanılmış informasiya resurslarında yerləşdirilib. Eyni zamanda Teas Press Nəşriyyat Evi tətəfindən şəhidlərlə bağlı bioqrafiq məlumatların toplusu olan 3 cildlik nəşr edilib. Məsələ ondadır ki, Vikipediyanın Azərbaycan dilində bu resurslara istinad mənbəyi kimi rast gəlmək mümkün deyil.
Yüzlərlə belə hallar var ki, Vikipediyanın Azərbaycan dili icmasının üzvləri instagram, telegram kanallarını istinad mənbəyi kimi göstərdikləri halda, rəsmi mənbələri, inanılmış informasiya resurslarını, dövlət siyasətini əks etdirən və ya bu siyasətə zidd olmayan konsepsiyaya malik layihələrin linklərini görməzdən gəliblər. Vikipediya, əlbəttə, “Yaqub Mahmudovun tarix dərsliyi” deyil, amma oranı “Nağıllar aləminə səyahət” toplusuna da çevirmək olmaz.
Məsələnin mahiyyəti, məhz Fərid Pərdəşünasın və məqalələrin silinməsi ilə bağlı etiraz edən ictimaiyyətin əsas və haqlı arqumenti bu məqalənin silinməsini icma üzvlərinin konsensus əsaslı etməmələridir.
Məsələn, AzVikidə 4 bürokrat hüququna malik olan şəxsdən biri, admin Eldar Əzimov öz sosial şəbəkə hesabında yazıb ki, Vikipediyada heç bir məqalə silinməyib, bütün məqalələrin hamısı arxivdə qalır: “Yəni on il öncə silinmiş məqaləni belə bir gün bərpa etmək mümkündür. Vikipediyanın istənilən dil bölməsində olduğu kimi, Azvikidə də zamanla bəzi məqalələr silinib və daha sonra bərpa olunub. Məqalələrlə bağlı tam konsensus olmadığı halda, bu cür silinmələr ola bilir. Bu mövzu ilə bağlı da heç vaxt tam konsensus əldə olunmayıb, buna görə də məqalələr haqsız olaraq silinib.
Əminəm ki, məqalələri silən inzibatçılar da bunun fərqinə varıb məqalələrin bərpası üçün əllərindən gələn dəstəyi edəcəklər”.
İkinci məsələ isə sosial mediada şəhidlərlə bağlı məqalələrin silinməsinə səs verdiyi açıqlanan şəxslərin, həmçinin, onları cani-könüldən müdafiə edənlərin mütləq əksəriyyətinin “no-war”, anarxist və sol dünyagörüşünün daşıyıcıları olmasıdır. Bu isə artıq məqalələrin “Vikipediyanın ensiklopedik şəxs olmaqla” bağlı qaydalarına aid deyil, inzibatçıların siyasi düşüncə tərzinə görə silindiyi düşünməyə əsas verir.
Qeyd edək ki, Ayxan Ziyadzadə məqalələrin bərpasına başlanıldığını və 100-dən artıq məqalənin geri qaytarıldığını yazıb. Lakin məqalələr tamamilə bərpa edilməyib. Yalnız ensklopedik məlumatı, təltifləri olan, müharibə dövründə hekayəsi yaranmış şəhidlərlə bağlı bir neçə məqalə bərpa edilib.
Azvikidəki digər problemlər
Vikipediya hazırda Azərbaycan dilində olan ən böyük məlumat toplularından biridir. Bu işi təmənnasız görənlər öz hobbiləri ilə online resurslarda məlumatın çoxalmasına töhfə verirlər və sözün həqiqi mənasında böyük, əziyyətli və xeyirxah bir iş görürlər.
Məsələ ondadır ki, son illər, xüsusilə 2020-ci ildən sonra Vikipediyanın Azərbaycan dilində inzibatçılığı artanlar və daha fəal olanlar “no-war”çılar, anarxist və sol görüşə malik olanlardır.
Dayanmadan siyasi məqalələr yazan bir neçə admin (Dr. Wiki54, Gadir, Samral və s.) sırf öz dünya görüşlərinə zidd hesab etdikləri şəxslər və proseslər barədə yalan məlumatlardan ibarət, “arayışvari” məlumatları tanınmış şəxslərin bioqrafiyasına əlavə edirlər.
Bəzən əksəriyyətin bildiyi müasir proseslər barədə sosial şəbəkədən, etibarsız və mənbə rolunu oynaya bilməyəcək saytlardan istifadə etməklə onlarla məqalə “yaradırlar”. Bu məqalələr isə sonra, bir çox halda isə yoxlanılmadan başqa mediaların istinad mənbəyinə çevrilir.
Çox təəssüf ki, Azviki inzibatçıları bir çox halda müraciətləri qulaqardına vurur, edilmiş dəyişiklikləri geri çevirir, konkret arqument və mənbələrlə səhv olduğunu sübuta yetirmiş məlumatları bilərəkdən geri qaytarırlar. Bu isə yenə də həmin şəxslərin ya sifariş və rüşvət, ya da öz siyasi dünyagörüşlərinə uyğun Vikipediyadakı inzibatçı statuslarından sui-istifadə etdiklərini göstərir.
Kiçik araşdırma aparmaq yetərlidir ki, son 2-3 ildə istinad mənbəyi kimi istifadə edilən saytların Azərbaycanda fəaliyyəti qadağan edilmiş və bloklanmış, heç bir rəsmi mənbədən məlumat almayanlar olduğu ortaya çıxsın. Çox təəssüf ki, “no-war” azvikiçilər nüfuzlu informasiya agentlikləri, saytlar, rəsmi dövlət qurumlarının saytlarını əksər halda alternativ mənbə kimi belə istifadə etmirlər. Vikipediyanın Azərbaycan dilində özünə yeni isti yuva tapan İrançılar üçün isə bəzən qeyri-ciddi kanallar belə istinad mənbəyi ola bilir.
“Ensiklopedik şəxs” seçimi də bu inzibatçılar üçün daha çox öz tanıdıqları, fəaliyyətini bildikləri və “əhəmiyyətli” hesab etdikləridir.
Vikipediyanın Azərbaycan dilindəki inzibatçılara rüşvət ittihamı
Filologiya üzrə fəlsəfə doktoru, Türkiyədəki Səlcuq Universitetinin müəllimi, Azərbaycandilli Vikipediyanın inzibatçılarından biri Rövşən Ramizoğlu “525-ci qəzet”ə verdiyi açıqlamada bildirmişdi ki, kimdənsə pul alıb onun haqqında Vikipediyada məqalə yaratmaq, sonra o məqaləni qorumaq kimi halların sayı hər keçən gün çoxalır. Onun sözlərinə görə, azərbaycandilli Vikipediyada son bir neçə ildə ciddi şəkildə naşılıq hökm sürür: “Bəzi redaktorlar bildikləri, bilmədikləri hər mövzuya dair fikirlər səsləndirirlər, bələd olmadıqları sahələrə aid məqalələrin silinməsində aktivlik göstərirlər. Bunun nəticəsində də çox sayda gərəkli məqalə silinir”.
Deməli, azərbaycandilli Vikipediyadakı bəzi inzibatçılar bu platformanın qeyri-kommersiya tələbinə əməl etmir. Bu, açıq-aşkar “reketlik” əlamətidir. Mənfəətgüdən addımlar həmin şəxsləri bir az da çirkaba sürükləyir. Hazırda Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən, ölkənin ictimai-siyasi, mədəni həyatında rol oynayan tanınmış şəxslər haqqında Vikipediyada yaradılan məqalələrə dəyişiklik edilir, həmin şəxslərin partiya mənsubluğu, siyasi baxışları, müxtəlif əlaqələri ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar əlavə olunur. Sözügedən təhriflər şəxslər tərəfindən aradan qaldırılan kimi yenidən həmin hal təkrarlanır. Bu isə ortada maddi maraqlara xidmət edən cinayətin olduğundan xəbər verir.
Məsələ ilə bağlı sosial mediada yazan Mətbuat Şurasının sədri Rəşad Məcid problemin konsensus və müzakirə ilə yoluna qoyulmalı olduğunu deyib. O müzakirə tərəflərini təhqir və emosional davranışlardan çəkilməyə çağırıb.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə yazıb ki, “qlobal platformanın lokal icmasında yaranan problemin həlli istiqamətində hazırda tutulan yol ağlabatan deyil. Ehtiyat edirəm ki, sonda biz bir problemi həll etmək istədiyimiz zaman Azərbaycan maraqlarına cavab verməyən başqa problemlə üzləşərik. Bir daha vurğulamaq istərdim ki, problem "3000 şəhid məqaləsinin" silinməsində yox, Azviki icmasının idarəçiləri arasında yaranan böhranla, icma ilə idarəçilər arasında yaranan narazılıqla, bu böhranın dərinləşməsindən doğan , ölkəmizin maraqlarına cavab verməyən nəticələrlə bağlıdır. Yəni görünən odur ki, bizim dostlarımız nəticədən daha çox yapışıblar.
Əgər biz böhranı aradan qaldırmasaq, indiki nəticə öz həllini tapsa da, gələcəkdə digər problemlər qaçılmaz olacaq. Amma qlobal resurs üçün, onun bəlli qaydaları var və konflikt həll edən qurumları var.
İcmada böhran olanda mütləq bu üst səviyyədə həllini tapmalıdır. Azviki icmasında sağlam, demokratik, şəffaf, kollegial və icma üzvlərinin hamısının özünüidarəsinə əsaslanan bir mühit formalaşdırmaq çox vacibdir”.
Vikipediya nədir, başqa ölkələr problemi necə həll edir?
Vikipediya 282 dildə fəaliyyət göstərən virtual ensiklopediyadır. 2001-ci ildə fəlsəfə doktoru Larri Sanqer və amerikalı sahibkar Cimmi Ueylsdir tərəfindən yaradılan platforma iqamətgahı San Fransiskoda yerləşən "Wikimedia Foundation Inc." (Vikimedia Fondu) qeyri-hökumət təşkilatı tərəfindən idarə edilir. Platforma könüllülər tərəfindən formalaşdırılır.
Vikipediyanın Azərbaycan dili 2004-cü ildən fəaliyyət göstərir.
İnternetə çıxışı olan bütün şəxslər vikipediyadakı məqalələr üzərində dəyişiklik apara bilər. Lakin bir əsas məsələ var; istənilən şəxs redaktə edə bilsə də, onun dəyişikliyi inzibatçılar tərəfindən gözdən keçirilir. Əgər hansısa mənbəyə əsaslanmırsa, yaxud həqiqəti əks etdirmirsə, həmin şəxsin düzəlişləri ləğv edilir.
Vikipediyanın Azərbaycanda və ya başqa ölkədə heç bir təmsilçisi yoxdur. Vikipediya ölkə yox, dil zəminində yaradılan bir onlayn ensiklopediyadır, ona görə də, məsələn, Azərbaycan Vikipediyası yox, azərbaycandilli Vikipediya və ya Gürcüstan Vikipediyası yox, gürcüdilli Vikipediya anlayışları daha doğrudur.
Vikipediyada problemlər necə həll olunur?
Vikipediayda problemlərin həlli üçün 2 yol var: Hansısa ölkə öz qanunvericiliyinə uyğun olmayan məlumatın tirajlanmasının qarşısını almaq üçün Vikimedia Fonduna müraciət edir. Müraciəti təmin olunmadığı təqdirdə hüquqi müstəvidə məsələnin həlli yolunda addım atır. Məsələn, ötən ay Rusiya qadağan olunmuş məlumatları silmədiyinə görə, Vikimedia Fondunu 4 milyon rubl cərimələdi.
İkinci məsələ isə, şəxslərlə bağlıdır. Məsələn hansısa fərdin məlumatları əks olunan məqalədə şər-böhtan, təhqiredici müdaxilələr aşkarlanarsa və müzakirələrdə bu cinayət tərkibli redaktələrin müəllifinin, onun təklifini qəbul edən icraçının kimliyi məlumdursa, həmin şəxs hüquq-mühafizə orqanlarına müraciət edə bilər.
Bütün məsələlərdə obyektivlik axtarsaq da, məsələ yenə də subyektiv baxışlara söykənir. Bu isə, ümumiyyətlə, Vikipediyanın etibarlılıq dərcəsini azaldır. “Wiki” tərcümədə “tez” deməkdir. Vikipediyanın bütün fəaliyyəti də bu operativliyə əsaslanır. Bütün məsələləri yerli inzibatçıların öhdəsinə buraxmaq Vikimedia Fondunu əlavə məsuliyyətdən azad edir. Bu platformanın hörümçək toru kimi yayılmasının səbəbi də budur. Məsələn, istənilən internet istifadəçisi Britannika adlı internet ensiklopediyasını redaktə edə bilmir. Bu, yalnız kriteriyalara tam cavab verən şəxslərə verilən səlahiyyətdir. Ona görə də Britannikadakı məqalələrin sayı Vikipediyadan azdır, amma daha etibarlıdır.
Vikipediya 2017-ci ildə Türkiyə hökuməti tərəfindən də bloklanıb. Bəzi məqalələrdə PKK-ya dəstək verən məqamların olduğunu bildirilirdi. Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı təhqiredici məqalələr də bu platformada yayılırdı. Məsələ ilə bağlı Vikimediya Fondu Türkiyənin Konstitusiya Məhkəməsinə müraciət etdi. 2020-ci ildə məhkəmə Vikipediyanın bağlanmasını ifadə azadlığının pozulması kimi dəyərləndirdi və Türkiyədə fəaliyyəti bərpa olundu.
2015-ci ildə rusdilli Vikipediyanın bağlanılmasının səbəbi isə narkotik maddə haqqında qadağan olunmuş informasiyanın saxlanması olmuşdu. Ötən il Rusiya mediasında yenidən bənzər xəbərlər yayımlandı. Dövlət Dumasının deputatı Anton Qorelkin demişdi ki, Vikipediyanı bloklamaq üçün qanuni əsaslar var. Onu da vurğulamışdı ki, bu resursda mövcud olan bütün qiymətli bilgilərin artıq surəti çıxarılıb, ensiklopedik standartlara uyğunlaşdırılıb və Runetdə yerləşdirilib.
Qeyd etdiyimiz kimi, bu ilin avqustunda Rusiya Vikimedia Fondunu 4 milyon rubl (78 min manat) cərimələdi. Şirkət Rusiyada qadağan olunmuş məlumatları silməməkdə təqsirli bilinmişdi.
Maraqlıdır ki, İranda da oxşar ssenari yaşanıb. Dövlətin maraqları ilə üst-üstə düşməyən məsələlər 2013-cü ildə Vikipediyanın ölkədə bloklanmasına gətirib çıxardı. Həmin ilin noyabrında dərc edilən hesabatda farsca Vikipediyadakı 800 min məqalədən 963-nün İran hökuməti tərəfindən aradan qaldırıldığı məlum olmuşdu.
Çin, Fransa, İtaliya, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya, İngiltərə, Özbəkistan, Böyük Britaniyanın praktikasında da oxşar problemlər var və onlar daim iki çıxış yolundan birini seçiblər: ya məhkəməyə müraciət ediblər, ya da ümumiyyətlə Vikipediyanın ölkələrindəki fəaliyyətini bloklayıblar. Bəziləri indi də o məhdudiyyətə əməl edir, bəziləri isə əvvəlki vəziyyətə qayıdıblar.
Vikipediya Fondu nə deyir?
Vikipediyanın Azərbaycan dilində baş vermiş mübahisələrlə bağlı APA Vikipediya Fonduna media sorğusu ünvanlayıb.
Fonddan bildirilib ki, sorğunu yaxın günlərdə cavablandıracaqlar.
Mövzunu davam etdirəcəyik.
248 dəfə oxundu