Paşinyan referenduma gedir – TARİX AÇIQLANDI

Paşinyan referenduma gedir –
Ermənistan hakimiyyəti indi də 2027-ci ildə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirməyi planlaşdırdığını açıqlayıb.

“AzPolitika” xəbər verir ki, Ermənistan mətbuatının yazdığına görə, bu barədə respublikanın Ədliyyə Nazirliyi məlumat yayıb.

Bundan əvvəl Baş nazir Nikol Paşinyan dəfələrlə Ermənistanda yeni Konstitusiyanın qəbul edilməsinin zəruriliyindən danışıb. Onun sözlərinə görə, yeni fundamental qanun, “yeni şəraitdə ölkənin rəqabət və həyat qabiliyyətini təmin etməlidir”.

Xatırladaq ki, Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalamaq üçün əsas şərtlərindən biri konstitusiyanın dəyişdirilməsi və oradan Azərbaycana qarşı ərazi iddialarının götürülməsidir. Ancaq görünən odur ki, Ermənistan hakimiyyəti bunu etmək istəmir. Konstitusiyaya dəyişikliklərlə bağlı referendum 3 il sonra keçirilə biləcəyini açıqlaması da İrəvanın Bakı ilə sülh müqaviləsi imzalamaq niyyətində olmadığını göstərir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
412 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...