Məzahir Pənahov namizədlərə xəbərdarlıq etdi

Məzahir Pənahov namizədlərə xəbərdarlıq etdi
Növbədənkənar parlament seçkiləri üçün indiyədək 87 nəfərin namizədliyi təsdiqlənib.

“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

MSK sədrinin sözlərinə görə, növbədənkənar seçkilərdə iştirak üçün 1255 nəfər müraciət edib. Onlardan 454 nəfərin namizədliyi 25 siyasi partiya tərəfindən irəli sürülüb. 1141 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Deputatlığa namizədliyini irəli sürənlərdən 1092 nəfəri imza vərəqəsi alıb, 388 nəfər isə imza vərəqələrini qaytarıb.

Bundan başqa, Məzahir Pənahov namizədlərə xəbərdarlıq edib. O bildirib hələ seçkiqabağı təşviqat başlamayıb:

“Media orqanları da bunu nəzərə almalıdır. Belə hallar olsa, MSK araşdıraraq hətta həmin şəxsin namizədliyini də ləğv edə bilər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
475 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...