Deputat Sahib Alıyev seçki dairəsini dəyişdi

Deputat Sahib Alıyev seçki dairəsini dəyişdi
Parlamentdəki bitərəf deputatlarından olan Sahib Alıyev növbədənkənar seçkilərdə namizədliyini irəli sürdüyünü bildirib.

Gundeminfo.az xəbər verir ki, bundan öncə 2 dəfə Tərtərdən deputat seçilən Sahib Alıyev seçki dairəsini dəyişib.

"Sənədlərimi 93 saylı Ağdaş seçki dairəsinə təqdim edərək imza vərəqələrini götürmüşəm. Mümkün olan qısa müddət ərzində tələb olunan sayda seçici imzaları toplanıb komissiyaya təqdim olunacaq”.

Qeyd edək ki, Ağdaşın deputatı Cavid Osmanov idi. Onun namizədliyi YAP tərəfindən irəli sürülməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
552 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...