ABŞ Gürcüstanla bütün əməkdaşlıq proqramlarını nəzərdən keçirir

ABŞ Gürcüstanla bütün əməkdaşlıq proqramlarını nəzərdən keçirir
“ABŞ Gürcüstanla bütün əməkdaşlıq proqramlarını nəzərdən keçirməyə başlayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter xarici jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
“Ümid edirik ki, Gürcüstan hökumətinin yeritdiyi strateji kursun dəyişməsinin şahidi olacağıq. Lakin hazırda Gürcüstanla bütün əməkdaşlıq proqramlarımız nəzərdən keçirilir”, - o, jurnalistin müvafiq sualını cavablandırıb.
Digər tərəfdən, ABŞ Müdafiə Nazirliyi keçən həftə 2024-cü ilin yayında keçirilməsi planlaşdırılan ABŞ-Gürcüstan “Noble Partner” birgə təliminin strateji münasibətlərin nəzərdən keçirilməsi ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıb. Nazirlik təlimlərin təxirə salınması qərarını Gürcüstan hakimiyyətinin ABŞ və Qərbin Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya təzyiqi artırmaq üçün “ikinci cəbhə” açmaq cəhdlərini elan etməsi ilə əsaslandırıb. Belə ki, Gürcüstan hakimiyyəti müəyyən qüvvələrin ölkəni Rusiya ilə qarşıdurmanın “ikinci cəbhəsinə” çəkmək cəhdləri və istəklərini dəfələrlə bəyan edib. Eyni zamanda, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının liderləri vurğulayıblar ki, münaqişəyə qoşulmaq Gürcüstan üçün fəlakətli nəticələrə gətirib çıxara bilər, rəhbərliyin vəzifəsi isə ölkədə sülhü qorumaqdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
401 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...