Müsavata qarşı bu “kampaniya” rəzalətdir - Həsənquliyev
Müsavat Partiyasının seçkiyə qatılmasına çox yaxşı baxıram. Siyasi partiya mövcud reallıqları, şərtləri özü üçün əlverişli saymasa belə, seçkilərə qatılmalıdır. Müsavat Partiyasının rəhbərliyi görür ki, partiyaları yaz qarı kimi sürətlə əriyir. Partiyanı formada saxlamaq üçün yarışa qatılmaq, rəqiblərlə mübarizə aparmaq lazımdır. Məmnunam ki, bizim 23 il öncə açıq danışmağa başladığımız fəaliyyət prinsipləri bir istisna ilə bütün müxalifət partiyaları tərəfindən qəbul olunub. Dediyim bir istisnanın olmasını isə böyük ehtimalla iqtidar istəyir. İqtidar istəyir ki, Qərbdən, Şimaldan, Cənubdan tapşırıqlar alan partiya öz nəzarətində olsun.
Bu sözləri ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev Müsavat Partiyasının seçkiyə qatılması haqda qeyd edib.
O, Müsavat Partiyasını seçkiyə qatıldığına görə qınayanlara da reaksiya verib:
“Həmin adamlar pul qarşılığında, həm də utanma hissləri olmadığı üçün bunu edirlər. Onları yönləndirənlər onların zəif tərəflərini görür, bilirlər ki, onlardan heç nə çıxmaz. Buna görə onları inandırıblar ki, müxalifəti, hər kəsi pislə, həm də pulunu al. Onlar da inanıb istehza doğuran formada, iqtidara necə xidmət etdiklərini unudaraq, özlərini reklam etməyə başlayıblar. Yaxud özlərini yaxşı tanıdıqlarından deyilənlərə inanmasalar da, özlərini inanmış kimi göstərib, “ağalarına” xidmət göstərməyə məcburdurlar. Onların davranışı rəzalətdən başqa bir şey deyil”.
403 dəfə oxundu