Kremldən “dost ölkələr”in sülh forumunun yekun sənədini imzalamasına reaksiya

Kremldən “dost ölkələr”in sülh forumunun yekun sənədini imzalamasına reaksiya
“Rusiyaya dost olan bir sıra ölkələrin sülh forumunun yekun sənədini dəstəkləməsi Rusiya Federasiyası ilə münasibətləri korlamayacaq”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Xeyr, bu, əlaqələrimizi sonlandırmayacaq. Biz təbii ki, bu ölkələrin tutduğu mövqeləri nəzərə alacağıq. Bu bizim üçün vacibdir. Məntiqimizə aydınlıq gətirməyə davam edəcəyik”, - deyə Rusiya liderinin mətbuat katibi Rusiyanın dostluq əlaqələri saxladığı ölkələrin, məsələn, Macarıstan, Serbiya və Türkiyənin İsveçrədə keçirilən sülh sammitinin yekun bəyannaməsini dəstəkləməsi faktını şərh edərkən bildirib.
Qeyd edək ki, iyunun 15-16-da Bürgenstokda keçirilən və başa çatan forumda yekun sənədi bütün ölkələr deyil, 91 ölkədən 78-i dəstəkləyib. Ermənistan, Braziliya, Bəhreyn, Vatikan, Hindistan, İndoneziya, Kolumbiya, Liviya, Meksika, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Tailand və Cənubi Afrika sənədi imzalamayıb. İmzalayanlar siyahısına, xüsusən də İsveçrə, Türkiyə, Aİ ölkələri, ABŞ, Yaponiya, Gürcüstan, Moldova və Serbiya daxildir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
650 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...