Putinin Türkiyəyə səfəri niyə baş tutmayıb? – Peskov açıqladı

Putinin Türkiyəyə səfəri niyə baş tutmayıb? –
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçılarının cədvəllərinin uyğun gəlməməsi səbəbindən Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü hələ baş tutmayıb. O, Moskva ilə Ankara arasında münasibətlərin pisləşməsi ilə bağlı təəssüratları səhv adlandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Peskov Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumunda jurnalistlərə bildirib.

"Bu, yanlış təəssüratdır, Rusiya-Türkiyə təmasları davam edir, Rusiya-Türkiyə iqtisadi dialoqu bütün mövcud problemlərlə davam edir, biz amerikalıların, ingilislərin və onların yaratdıqları kvazi-kəşfiyyat orqanlarının sanksiya rejimləri tətbiq etmək üçün göstərdiyi misli görünməmiş təzyiqdən xəbərdarıq", - Dmitri Peskov deyib.
Mətbuat katibi bildirib ki, Qərb ölkələri Türkiyə rəsmilərinə və biznes liderlərinə qarşı "kobud təhdidlər” edirlər. O əlavə edib ki, Çin kimi digər ölkələrə də oxşar təzyiqlər edilir.

Eyni zamanda, Dmitri Peskov Rusiya ilə Türkiyə arasında iqtisadi münasibətlərdə çətinliklərin olduğunu bildirib. O bildirib ki, bu, iki ölkə arasında biznes dialoquna mənfi təsir göstərir. Onun sözlərinə görə, Moskva və Ankara "Qərbin bu təzyiqindən yan keçməyin yollarını” axtarır.

Xatırladaq ki, Vladimir Putin 2023-cü ilin dekabrında Türkiyəyə rəsmi səfər etməyi planlaşdırdığını açıqlayıb. Rəcəb Tayyib Ərdoğan martın 31-dən sonra Putinlə görüş gözlədiyini söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
425 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...