Gürcüstan spikeri xarici agentlər haqqında qanunu imzaladı

 Gürcüstan spikeri xarici agentlər haqqında qanunu imzaladı
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili xarici agentlər haqqında qanunu imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə spiker rəsmi saytında məlumat yayıb.
“Bu gün mən “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzaladım”, - deyə parlament sədri bildirib.
Məlumata görə, bundan sonra qanun qüvvəyə minib.
Onun sözlərinə görə, qanun dövlət qəzetində dərc edildikdən sonra Ədliyyə Nazirliyinə tələb olunan normativ aktları hazırlamaq və təşkilatlar üçün elektron portal açmaq üçün 60 gün vaxt veriləcək. Bundan sonra sənədin əhatə etdiyi qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri reyestrdə qeydiyyatdan keçərək, 2023-cü il üçün maliyyə bəyannaməsini dərc etməlidirlər.
Qanunun dərcindən sonra gəlirlərinin 20%-dən çoxu xaricdən gələn təşkilatların qeydiyyatdan keçməli olduğu elektron portal açılmalıdır. Qanuna uyğun olaraq, bu QHT və KİV-lər hər ilin yanvar ayında Ədliyyə Nazirliyinə gəlir və xərclər haqqında bəyannamə təqdim etməlidirlər. Onlar bu öhdəliyi yerinə yetirməsələr, 25 min lari (təxminən 9 min dollar) məbləğində cərimə ödəməlidirlər. Cərimədən sonra bəyannamə təqdim edilməzsə, gecikdirilən hər ay üçün 20 min lari (təxminən 7,2 min dollar) cərimə tutulmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
289 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...