"Seçkiyə hazıram, deputat seçilmək şansım yüksəkdir" - Zəlimxan Məmmədli

 "Seçkiyə hazıram, deputat seçilmək şansım yüksəkdir" -
"Hər zaman 33-cü saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd olmuşam".

Bunu Qaynarinfo-ya açıqlamasında Zəlimxan Məmmədli deyib. O, hazırda hansı dairədən namizədliyini irəli sürəcəyi ilə bağlı məsləhətləşmələr apardığını da bildirib:

"Siyasətlə məşğul olan insan hər zaman seçkiyə hazır olmalıdır. Məsləhətləşmələrdən sonra son qərarımı məqamı çatanda bildirəcəm".

Zəlimxan Məmmədli vurğulayıb ki, məsləhətləşmələrin nəticəsinə uyğun qərar verəcək:

"33-cü saylı Xətai birinci seçki dairəsindən namizəd olacağımı istisna etmirəm. Düşünürəm ki, deputat seçilmək şansım yüksəkdir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
365 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...