AŞPA-da Qarabağ müzakirələri başladı

AŞPA-da Qarabağ müzakirələri başladı


Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış vəziyyətin müzakirəsi başlayıb. Virtualaz.org saytı xəbər verir ki, bu gün AŞPA-nın deputatları Azərbaycanın işğal olunmuş ərazilərinə dair iki hesabatı müzakirə edəcək.

Robert Uolterin (Böyük Britaniya) "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması" hesabatının müzakirəsində AŞPA-nın 45 deputatının çıxışı gözlənilir. R.Uolter artıq AŞPA-nın üzvü olmadığından hesabatı sessiya iştirakçılarına AŞPA deputatı Moqens Yensen təqdim edib.

Bu gün, həmçinin deputat Militsa Markoviçin (Bosniya və Herseqovina) "Azərbaycanın qəsdən sudan məhrum edilmiş sərhəd rayonlarının sakinləri" adlı hesabatının da müzakirəsi ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
894 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...