Rüstәm Usubov: "Ermәnilәrin Azәrbaycanda törәtdiyi cinayәtlərdən 32-nin istintaqı yekunlaşıb"
"Beynәlxalq terrorizmdәn әn çox әziyyәt çәkәn ölkәlәrdәn biri kimi Azәrbaycan Beynәlxalq terrorizmә qarşı koalisiyaya qoşulub vә töhfәlәrini verib".
APA-nın mәlumatına görә, bunu baş prokurorun birinci müavini Rüstәm Usubov Oleq Kuznetsovun "XX yüzillikdә transmilli ermәni terrorunun tarixi" adlı kitabının tәqdimatı zamanı deyib.
R. Usubov deyib ki, Azәrbaycan prezidenti İlham Әliyev 23 may 2007-ci il tarixdә tәsdiqlәdiyi Azәrbaycan Respublikası Milli Tәhlükәsizlik Konsepsiyasında әhaliyә qarşı terror hadisәlәri milli tәhlükәsizliyә tәhdid kimiq qәbul edilib: "Azәrbaycanlılar dәfәlәrlә ermәni terrorizmi ilә üz-üzә qalıb. Onıar Dağlıq Qarabağ vә әtraf әrazilәri işğal edәrәk әhaliyә qarşı qırğınlar törәdiblәr. Xocalә faciәsi bunların kuliminasiya nöqtәsi oldu. Bütün bu hadisәlәrin başında o vaxtkı prezident Robert Koçaryan vә indiki prezident Serj Sarkisyan durub. Hәmçinin Eduard Qriqoryanın başçılığı ilә Sumqayıt hadisәlәri törәdilib. Hamin hadisәlәr zamanı çoxsaylı tәlәfatlar oldu. Bununla ermәnilәr beynәlxalq ictimaiyyәtdә azәrbaycanlılara qarşı nifrәt oyatmağa çalışıblar. Sumqayıt hadisәlәrinin әvvәlcәdәn planlaşdırıldığı aydın görünür. Bu hadisәnin araşdırılması bu gün dә davam edir. Eduard Qriqoryana qarşı biz yeni ittihamlar irәli sürmüşük. O hazıra tәrәfimizdәn beynәlxalq axtarış verilib".
Baş prokurorun müavini bildirib ki, bu qәdәr terror aktı törәtmiş ermәnilәrin həyata keçirdiyi hadisәlәrin dünya ictimaiyyәtinә çatdırılması üçün tәqdim olunan kitabın böyük rolu var. R. Usubov kitabda da deyildiyi kimi ermәni terrorizminin yarandığı gündәn transmilli xarakter aldığını vurğulayıb. O ermәnilәrin Azәrbaycanda törәtdiyi cinayәtlәrin araşdırımasında şәxsәn iştirak etdiyini bildirib: "Hadisәlәr әsasәn avtobuslar vә metroda törәdilidi. Ermәni terrorçular Tiflis-Ağdam marşrutu ilә hәrәkәtdә olan avtobusa partlayıcı maddә qoymuşdular. Avtobus Şәmkir yaxınlığında partladıldı. Nәticәdә 20 nәfәr ölüb, 30 nәfәr xәsarәt alıb. O cinayәt işini açmaq çәtin idi. Böyük istintaq-әmәliyyat qrupu yaradılmışdı. Lakin biz bunu açmağa nail olduq. Gәncә ermәnilәri idilər. Onlar Minvodıdan gәtirlidi, terror maddәlәri ilә istintaqa cәlb olundular. Onlardan biri bu günә qәdәr də axtarışdadır. Bu kimi hadisәlәr çoxdur. Artıq ermәnilәrin Azәrbaycanda törәtdiyi cinayətlərdən 32-nin istintaqı yekunlaşıb".
1532 dəfə oxundu