Seçkilər təxirə salınmayacaq! - Kobaxidze

Seçkilər təxirə salınmayacaq! -
Gürcüstanda küçələrə çıxan etirazçılar heç nəyə nail ola bilməyəcəklər.

Bakupost.az xəbər verir ki, bunu baş nazir İraklai Kobaxidze deyib və əlavə edib ki, Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək.
Seçkilərdə prezidentliyə yalnız bir namizəd var –keçmiş futbolçu, Bidzina İvanişvilinin etibarlı adamı Mixeil Kavelaşvili.
Hazırkı prezident Salome Zurabişvili bildirib ki, baş verən hər şey qeyri-legitimdir və o, yeni parlament seçkilərinə qədər istefa verməyəcək.
Kobaxidze isə bildirib ki, Gürcüstan prezidenti Salome Zurabişvili istefa verməkdən imtina etməsinə baxmayaraq iqamətgahı tərk etməli olacaq.
“Xanım Zurabişvilinin dörd cümə günü qalıb, bununla barışa bilmir. Mən onun emosional vəziyyətini başa düşürəm, baxmayaraq ki, dekabrın 29-da o, iqamətgahı tərk etməli və binanı qanuni seçilmiş prezidentə verməli olacaq”, - deyə “Gürcü arzusu”nun baş naziri deyib. O, Zurabişvilini “uduzmuş” adlandırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
156 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...