Milli Məclisdə boşalan deputat yerləri 10-a ÇATDI
Milli Məclisin deputatı Ramin Məmmədov bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Hurriyyet.az xəbər verir ki, bu təyinatdan sonra Milli Məclisdə daha bir deputat yeri boşalacaq. Belə ki, qanunvericiliyə görə, Ramin Məmmədov komitə sədri təyin olunduğundan o, daha deputat fəaliyyətini davam etdirə bilməz.
Yəqin ki, R.Məmmədov yaxın günlərdə deputat postundan istefa verəcək və Mərkəzi Seçki Komissiyası onun səlahiyyətlərinə xitam verəcək.
Beləliklə də parlamentdə boşalan deputat yerlərinin sayı 10-a çatır.
İndiyə kimi Milli Məclisdə 9 boş yer vardı.
2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkiləri zamanı 4 dairənin nəticələri ləğv edilib. Nəticəsi ləğv edilmiş dairələr aşağıdakılardır:
33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov);
35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizəd Rauf Arifoğlu);
74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli);
80 saylı İmişli-Beyləqan seçki dairəsi (lider namizəd Çingiz Qənizadə).
2020-ci ilin avqustunda isə 116 saylı Qəbələ seçki dairəsindən deputat mandatı qazanan Fəttah Heydərov dünyasını dəyişib.
2021-ci ildə 55 saylı Xaçmaz şəhər seçki dairəsinin deputatı Eldəniz Səlimov həbs olunub. O, həmin ilin iyulun 29-da Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq edib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə keçmiş deputat 3 il 6 ay müdəttinə azadlıq məhrum edilib. Beləliklə, 55 saylı Xaçmaz şəhər seçki dairəsi də boş qalıb.
50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatı Şahin Seyidzadə 3 mart 2022-ci ildə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Bu təyinatdan sonra Şahin Seyidzadə deputat mandatından imtina edib.
2023-cü il iyulun 14-də 10 saylı Binəqədi seçki dairəsindən deputatı Madər Musayev 75 yaşında vəfat edib.
Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə 2023-cü il sentyabrın 28-də vəfat edib. Qənirə Paşayeva 105 saylı Tovuz seçki dairəsindən deputat seçilmişdi.
Qeyd edək ki, Konstitusiyanın 82-ci maddəsinə görə Milli Məclis 125 deputatdan ibarət olmalıdır. Ramin Məmmədovla bağlı bugünkü təyinatdan sonra deputatların sayı 115 nəfərə düşəcək.
modern.az
414 dəfə oxundu