Partiyalar parlament seçkilərinə necə HAZIRLAŞIR? – SORĞU
Xeyli müddətdir ki, Azərbaycanda cari ildə parlament seçkilərinin keçiriləcəyi barədə müxtəlif fikirlər səslənir. Seçkilərin dəqiq vaxtı hələ ki elan olunmasa da, artıq siyasi cameədə müəyyən hazırlıqların görüldüyü müşahidə olunur.
Xüsusilə də, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Avronest Parlament Assambleyasının 11-ci sessiyası çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı səsləndirdiyi fikirlər parlament seçkilərinin bu il keçiriləcəyini göstərib.
“Bu il ölkəmizdə prezident seçkiləri keçirilib. Eyni zamanda bu il ölkəmizdə parlament seçkiləri keçiriləcək. İlin sonuna qədər isə bələdiyyə seçkiləri təşkil olunacaq”, - deyə komitə sədri bildirib.
Görəsən, partiyalar parlament seçkilərinə necə hazırlaşırlar?
Bizim.Media bu barədə partiya sədrlərinin fikirlərini öyrənib.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa təşkilatlarının parlament seçkilərinə hazırlaşdıqlarını bildirib:
“Bu il parlament seçkilərinin olması məsələsi hansısa tapmaca tapmaq kimi anlaşılmamalıdır. Konstitusiyaya uyğun olaraq, parlament seçkiləri bu il noyabrın 3-də keçirilməlidir. Bütün hallarda parlament seçkilərinin keçirilməsi bu il gerçəkləşəcək. Çünki onun sonrakı tarixə ertələnməsi ciddi Konstitusiya pozuntusu ola bilər”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də artıq parlament seçkilərinə hazırlıqlara başladıqlarını dedi:
“Hesab edirik ki, siyasi partiyaların vəzifəsi bütün seçkilərdə iştirak etməkdir. Bu mənada qarşıdan gələn parlament seçkilərində də iştirakı planlaşdırırıq.
Konstitusiyanın 84-cü maddəsinin ikinci hissəsində açıq şəkildə göstərilir ki, növbəti parlament seçkisi hər beş ildən bir noyabrın birinci bazar günü keçiriləcək. Konstitusiyanın 98-ci maddəsinin ikinci hissəsində isə göstərilir ki, növbədənkənar keçirilən seçkinin müddəti 5 il olmaya bilər. Bu da onu göstərir ki, uzağı cari ilin noyabrın 3-də parlament seçkiləri keçiriləcək.
Seçkilərlə bağlı hazırlıqlara başlamışıq. Bütün seçki dairələrini araşdırmışıq. İştirak edəcəyimiz dairələr və namizədlərin kimliyi üzərində də işləyirik. Təxminən 30-50 dairə üzrə namizdələrimiz ola bilər. Özüm namizədliyimi vermək üçün 5-6 dairə üzərində işləyirəm. Müəyyənləşdirib, onlarda birindən namizədliyimi verəcəm”.
Yeni Zaman Partiyasının sədri Musa Ağayev parlament seçkilərinə hazırlıqla bağlı partiyada problemlərin olduğunu etiraf edib:
“Fikrimcə partiya olaraq seçkilərə bütün fəaliyyət dövründə hazır olmalıyıq. Partiyamızda parlament seçkilərinə hazırlıqla bağlı müəyyən problemlər var. Problem də əsasən maddi baxımdandır. Amma seçkilərdə iştirak edəcəyik və əksər dairələrdə namizədlərimiz olacaq. Təxminən 70-80 dairədə namizədimiz olacaq. Özüm hansı dairədən namizəd olmağımı isə hələlik müəyyənləşdirməmişəm”.
AMİP sədri Arzuxan Əlizadə isə bildirir ki, yalnız seçilmək şansları olan dairələr üzrə namizədlər verəcəklər:
“Parlament seçkiləri məsələsi çoxdan gündəmdədir. Hətta növbədənkənar parlament seçkisinin keçiriləcəyi ehtimalları da irəli sürülür. Noyabrda ölkədə COP29 tədbiri nəzərdə tutulduğundan, seçkilərin noyabrın 3-də deyil, başqa vaxta keçiriləcəyi ehtimalı da gündəmdədir. Daha çox ehtimal olunur ki, seçkilər noyabrdan tez keçiriləcək.
Bu istiqamətdə bütün məsələləri incələmişik. Prezident seçkisi yekunlaşandan dərhal sonra partiyada bir ay müddətində bələdiyyə və parlament seçkilərində iştirakla bağlı namizədlərin formalaşması məsələsinin tam incələnməsi istiqamətində tapşırıqlar verilib. Aprelin 21-də AMİP-in Ali Məclisinin iclası olacaq və iclas sırf seçkilərə həsr olunacaq. Seçkilərdə hansı dairələrdə daha şanslıyıqsa, məhz həmin dairələrdən namizədlərin veriləcəyi variantını daha uğurlu hesab edirik. Yəni əsas şanslı namizədlər üzərində dayanacağıq. Özüm isə 26 saylı Sabunçu birinci seçki dairəsindən namizəd olacağam”.
373 dəfə oxundu